Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycana qarşı “qara piar” kampaniyası iflasa məhkumdur!

Azərbaycana qarşı “qara piar” kampaniyası iflasa məhkumdur!

08.02.2020 [10:44]

Təzyiq qrupu funksiyasını yerinə yetirən bəzi qurumlar vasitəsilə ölkəmizin müstəqil siyasətinə və prinsipial mövqeyinə təsir göstərmək mümkün deyil
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bu gün Azərbaycan dünyada bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkə kimi tanınır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Bütövlükdə, ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Ölkəmizin bu sahədə təcrübəsi mütərəqqi nümunə kimi çıxış edir. Bunlarla yanaşı, dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir.
Ölkəmizdə parlament seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait təmin olunub
Azərbaycanı fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri ölkəmizin demokratik inkişaf yolunda inamla addımlamasıdır. Yeri gəlmişkən, ekspertlərin də vurğuladıqları kimi, fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkiləri də bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Azərbaycan bu seçkilərə də müsbət reallıqların fonunda gedir. O mənada ki, seçkiöncəsi mühiti dəyərləndirən ekspertlər öncəliklə sabitlik amilini irəli çəkirlər. Qeyd olunur ki, mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amildir. Digər tərəfdən, ölkəmizdə mükəmməl - müasir tələblərə və beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcud olması, seçki kampaniyasında hər kəs üçün bərabər şərait yaradılması xüsusi olaraq vurğulanır. Müvafiq seçki qurumlarının yüksək səviyyədə hazırlıq işlərini həyata keçirməsi, seçki komissiyalarının fəaliyyətinin müasir normalara uyğun qurulması da prosesin təşkili ilə bağlı olduqca müsbət qiymətə layiqdir. Bunlarla yanaşı, mövcud demokratik və plüralist şərait fonunda seçki marafonunda rekord sayda namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu və prosesə böyük ictimai marağı bariz şəkildə əks etdirir. Bütün bunlar isə nəticə etibarilə söyləməyə əsas verir ki, Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib və bu seçkilər azad, demokratik və şəffaf şəkildə baş tutacaq.
AŞPA-nın addımı bu qurumun qərəzli mövqeyindən xəbər verir
Bütün bunlara baxmayaraq, bəzi dairələr seçkilərə münasibətdə qeyri-obyektiv və qərəzli mövqe ortaya qoymaqla yuxarıda sadalanan reallıqları təhrif etməyə, ictimai rəyə neqativ təsir göstərməyə çalışırlar. Bu kontekstdə AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinə qərəzli münasibət sərgiləməsi xüsusilə vurğulanmalıdır. Əlbəttə, bütün seçki prosesini, atılan addımları, tərəqqini və müsbət reallıqları gözardı etmək - kənara qoymaq, diqqəti İlqar Məmmədov kimi bir neçə nəfərin üzərinə cəmləmək yolverilməzdir. Bu, hər şeydən əvvəl, qərəzdən xəbər verir!
Heç şübhəsiz, bu ilin yanvar ayının 30-da AŞPA-da Azərbaycanda mifik “siyasi məhbus”larla bağlı qətnamənin qəbul edilməsində məqsəd seçki prosesi fonunda müsbət reallıqların üzərinə kölgə salmaqla ictimai rəyə neqativ təsir göstərməkdir. Əlbəttə, AŞPA üçün insan hüquqları məsələsi əsas götürülsəydi, o zaman bu qurum ölkəmizin ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalmazdı. Bu kontekstdə bir məqama toxunmaq lazımdır. Bəllidir ki, AŞPA-da 2005-ci ildə “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə qəbul edilib. Bu, çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə altkomitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırıb. Bu xüsusda AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Beləliklə, daha bir sual: AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir?!
Avropa Şurasının riyakar siması və ikili standartlar siyasəti
Digər tərəfdən, Azərbaycan ötən dövr ərzində davamlı olaraq Avropa Şurası tərəfindən hədəf olaraq seçilib, respublikamıza qarşı qərəzli, əsassız iddialar ortaya atılıb. Avropa Şurasında Azərbaycan, sanki, geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər qeydə alınmır. Ölkəmiz haqqında saxta məlumatların dərc olunması, qərəzli qətnamələr qəbul edilməsi isə tamamilə yolverilməzdir. Azərbaycana qarşı qondarma “siyasi məhbus” iddialarının irəli sürülməsi, “demokratik proseslərə əngəl törədilməsi” ilə əlaqədar ittihamların səsləndirilməsi qərəzli münasibətdən, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil. Bütün bunlar həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Elə bunun nəticəsidir ki, Avropa Şurasında mənəvi-siyasi aşınma prosesi müşahidə edilir.
O da qeyd edilməlidir ki, Azərbaycanı qərəzli şəkildə daim hədəf götürən Avropa Şurası digər ölkələrdə, məsələn, işğalçı Ermənistanda, elə Avropa ölkələrinin özündə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Bütün bunlar isə Avropa Şurasının simasının əsas cizgilərinin ikili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasəti və s. olmasını aydın əks etdirir. Məhz bütün bunlara görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir, AŞPA-da səslənən qərəzli və uydurma iddiaların heç birini qəbul etmir və heç bir “tələb”i icra etmək niyyətində deyil!
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31