Qaradağ rayonunda da seçkilər azad və demokratik şəraitdə baş tutub
10.02.2020 [11:30]
Seçicilər və səsverməni izləyən müşahidəçilər prosesin gedişindən razı qaldıqlarını ifadə ediblər
Dünən Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçirilib. Qaradağ rayonunda da səsvermə prosesi tam ədalətli və şəffaf olub. Səsverməni izlədiyimiz 15-dən artıq məntəqədə istər seçicilər, istərsə də komissiya üzvləri və müşahidəçilər seçkilərin təşkilindən razılıqlarını ifadə ediblər və bu seçkilərin azad, ədalətli, demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıblar.
Seçkiləri müşahidə edərkən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Seçki Qərargahında da olduq. Qərargahda işgüzar mühit, yüksək əhval-ruhiyyə hökm sürürdü. Seçkilərin gedişi ilə bağlı mütəmadi məlumatlar aldıqlarını deyən YAP Qaradağ rayon təşkilatı Seçki Qərargahının üzvləri bildiriblər ki, Milli Məclisə seçkilərin yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, bundan əvvəlki seçkilərdə olduğu kimi, rayon seçiciləri məntəqələrə gələrək öz iradələrini ifadə edib, istədikləri namizədə səs veriblər.
Qaradağ rayonunda seçkiləri izləyən müşahidəçilər qeyd ediblər ki, ölkəmizdə formalaşan demokratik şəraitə uyğun olaraq xalqımız növbəti dəfə öz seçimini edir. Seçicilərin fəallığı, şəffaflığa riayət olunması, məntəqələrin təhlükəsizliyinin yüksək səviyyədə qorunması xüsusilə qeyd olunmalıdır. Bu isə ölkəmizdə demokratik seçki mühitinin formalaşdığını bir daha təsdiqləyir. Həmçinin qeyd olunub ki, səsvermənin gedişi zamanı heç bir qanun pozuntusu müşahidə edilməyib, seçici fəallığı qənaətbəxş səviyyədə olub. Müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunması üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar.
Rəyini soruşduğumuz seçicilər də prosesin tam qanunauyğun şəkildə və demokratik prinsiplərə müvafiq həyata keçirildiyini və heç bir qanun pozuntusu baş vermədiyini bildiriblər.
Qeyd olunub ki, seçki məntəqələrində səsvermənin demokratik və şəffaf keçirilməsi üçün hər bir şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

