/ / Bəhruz Quliyev: Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirib və indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir
Bəhruz Quliyev: Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirib və indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir
26.06.2020 [09:10]
“Dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirib və indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir”. Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin bir saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışını şərh edərkən deyib.
O bildirib ki, COVID-19-la mübarizədə qəbul olunmuş kriteriyalar və əsas faktorlar artıq bir neçə aydır ki, mətbuat və televiziyalar vasitəsi ilə təbliğ olunub və bu gün də həmin təbliğatlar vətəndaşlara təqdim edilməkdədir: “O cümlədən dövlətimizin başçısı cənab İlham Əliyev buna qədərki çıxışlarında da insanları həmrəy olmağa, məsuliyyətli davranmağa, virus infeksiyasına qarşı birgə mübarizə aparmağa dəvət edib. O cümlədən, dövlətin hazırkı dövrə qədər gördüyü işlərin, həyata keçirilən ardıcıl layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayan ölkəmizin rəhbəri Azərbaycan xalqının bu sınaqdan da əzmlə, qalib çıxacağını vurğulayıb. Çünki dövlət, bu məsələdə ən incə detallara qədər gedib, o cümlədən, preventiv addımlarını atıb. Baxın, virus yeni yayılmağa başlayarkən artıq səhiyyə sistemində təxirəsalınmaz işlər həyata keçirildi, xəstəxanalar ən müasir avadanqlıqlara təchiz olundu, önləyici sosial tədbirlər reallaşdırıldı, ölkənin ərzaq və xalqın sağlamlığının təhlükəsizliyi istiqamətində gərəkli qərarlar verildi. Xüsusilə, dünyada qoruyucu tibbi maskaların qıt olduğu bir dönəmdə Azərbaycanda maska istehsalına başlanıldı, eləcə də dezinfeksiyaedici məhsulların da istehsalı həyata keçirildi. Bütün bunların köklü məqsədi dövlətin, Prezidentin xalqın sağlamlığını qorumaq, bu təhlükədən ən az itkilərlə çıxmaqdan ibarət idi. Amma bu zəhmətlərin qarşılığı olaraq, vətəndaşlarımız da məsuliyyətli davranmalı, görülən işlərin kölgədə qalmaması üçün tələb olunan qaydalara, tətbiq edilən karantin rejiminə əməl etməlidirlər. Bu gün hər birimiz anlamalıyıq ki, dövlət daim vətəndaşının yanında olub, bundan sonra da olacaq”.
“Əgər nəzərə alarsaq ki, Prezident İlham Əliyev dəfələrlə vətəndaşlara qoruyucu maska taxmağı, sosial məsafə saxlamağı, tez-tez əlləri yumağı, gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edirsə, Onun özünün də bu tələblərə riayət etdiyini vurğulayırsa, demək hər birimiz bu tövsiyələri diqqətə almalı, xüsusilə vətəndaşlıq məsuliyyətindən çıxış edib, ətrafımızdakılara da bunları aşılamalıyıq”, - deyən Bəhruz Quliyev əlavə edib ki, hətta kimlərsə məsuliyyətsiz davranırsa, bunun üçün müvafiq strukturlardan əlavə, özümüz də məsuliyyətsizləri qınamalıyıq: “Əks halda, Azərbaycan İtaliya, İspaniya, ABŞ və s. ölkələrdə baş vermiş insan tələfatları, ağır fəsad faktları ilə qarşı-qarşıya qalmalı olacaq. Bu dəhşətləri yaşamamaq üçün məhz dövlət başçımızın tapşırıqlarına, tövsiyələrinə diqqət yetirməliyik. Hətta deyərdim ki, sağlam sabahımız məhz bu günümüzün məsuliyyətindən asılıdır”.
Baş redaktor sonda onu da bildirib ki, koronavirus infeksiyası ilə mübarizə artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib: “Bu baxımdan hesab edirəm ki, yaşana biləcək təhlükələrin qarşısına sədd çəkmək, ətrafımızın sağlamlığının mühafizəsinin təminatında güclü iradə sərgiləmək hər birimizin dövlətimizin qarşısındakı borcudur. Necə ki, dövlətimiz, Prezident İlham Əliyev bütün lazımi, müvafiq addımları atır, qərarlar qəbul edirsə, biz də bu işdə daim dövlətimizin, Prezidentimizin yanında olmalı, məsuliyyətimizi dərk edərək, davamlı dəstəyimizi göstərməliyik”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

