Ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq üçün vətəndaşlıq mövqeyi nümayiş etdirilməlidir
18.07.2020 [01:21]
Ekspertlər bildirirlər ki, orduya dəstək aksiyasından pozuculuq fəaliyyəti üçün sui-istifadə yolverilməzdir və təxribatçılar qanun qarşısında cavab verməlidirlər
Məlum olduğu kimi, iyul ayının 12-dən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri təxribat törədib. Buna baxmayaraq, Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Öz növbəsində, Azərbaycan xalqı ölkənin hər yerində birlik və həmrəylik nümayiş etdirib. İyulun 14-dən 15-ə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə paytaxtda keçirilmiş aksiya da cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunun daha bir nümunəsi idi. Lakin aksiyanın sonunda bir qrup şəxs tərəfindən yaradılmış şəraitdən sui-istifadə halları və vəziyyəti nəzarətdən çıxarmaq cəhdləri baş verib. Bu isə cəmiyyətimizdə haqlı etirazla qarşılanıb. Ümumi qənaət belədir ki, sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı güc tətbiqi və Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri vətəndaşlıq mövqeyinə, qanunlara ziddir və şəhidlərin ruhuna hörmətsizlikdir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti həqiqətən də qürurverici haldır: “Azərbaycan cəmiyyətində vətənpərvərlik əhval-ruhiyyəsi hər zaman yüksək olub. Təbii ki, orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi də təbii haldır. Təəssüf ki, bütün bunların fonunda gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları da müşahidə edilib”.
Deputatın sözlərinə görə, məqsədli şəkildə prosesə siyasi məzmun verməyə və pozuculuq fəaliyyətinə cəhdlər yolverilməzdir: “Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda paytaxtda iğtişaş yaratmaq cəhdləri, bir qrup şəxsin Milli Məclisin binasına zorla girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması, ilk növbədə, vətəndaşlıq mövqeyinə və qanunlara ziddir”.
K.Nurullayeva onu da bildirib ki, belə həssas dövrdə istənilən pozuculuq fəaliyyətinə qarşı öz vətəndaş mövqeyimizi ortaya qoymalıyıq. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik nümayiş etdirməliyik: “Hər birimiz sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə deyib ki, orduya dəstək aksiyasını iğtişaşa çevirmək istəyən, Milli Məclisin binasına girərək vandallıq törədən, polislərə güc tətbiq edən və təhrikçi çağırışlar səsləndirənlərlə sosial şəbəkələrdəki təxribat qrupları istisnasız olaraq sinxron hərəkət edirdilər: “Təbii ki, kobud qanun pozuntularına yol verənlərin arasında təxribatçı qrupların yaratdıqları neqativ emosiyaların təsir altına düşənlər də yox deyildi. Sırf onlara münasibətdə deyirəm: Qəhrəman əsgər və zabitlərimizin Vətənimizin sərhədlərini qorumaq üçün ölüm-dirim savaşına atıldıqları bir zamanda təxribatlara uyaraq, milli birliyimizi, həmrəyliyimizi nümayiş etdirən aksiyaların mahiyyətini dəyişməyə, onu iğtişaşa, qarşıdurmaya çevirməyə cəhd göstərənlərin fitnəsinə uymaq vətəndaşlıq mövqeyinə, qanunlara ziddir, ən əsası isə şəhidlərin ruhuna hörmətsizlikdir”.
Ekspert onu da bildirib ki, təxribatçılarla qanunun ən sərt üzü ilə danışmaq lazımdır: “Vətənpərvərlik aksiyasını iğtişaşa çevirmək cəhdi, aksiya iştirakçılarının təhlükəsizliyini qoruyan və onlarla ilə birlikdə orduya dəstək verən polis əməkdaşlarına qarşı güc tətbiq etmək, dövlət müstəqilliyimizin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunduğu parlament binasında vandalizmə yol vermək özbaşınalığın, mənəviyyatsızlığın ən son həddidir və heç bir halda bağışlanmamalıdır”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

