Azərbaycan-İran əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
05.08.2020 [09:15]
Avqustun 4-də Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının İran tərəfindən həmsədri Fərhad Dejpəsənd arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, İKT, tranzit və daşımalar sahələrində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib, əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər iki ölkə arasında uğurla həyata keçirilmiş “Xəzər” avtomobilləri istehsal edən Azərbaycan-İran müştərək avtomobil zavodunun fəaliyyəti və digər müştərək layihələrdən məmnunluq ifadə ediblər. Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük maşınları istehsal edəcək zavodun tikintisinin başa çatdırılması, Azərbaycanda quru meyvə istehsalı və əczaçılıq üzrə birgə müəssisənin təsis olunması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı strateji əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Astaraçay üzərində inşası planlaşdırılan avtomobil yolu körpüsünün ölkələrimiz və region üçün əhəmiyyəti qeyd olunub.
Energetika sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi, İran, Azərbaycan və Rusiya arasında elektrik xətlərinin sinxronlaşdırılması sahəsində görülən işlərin əhəmiyyəti qeyd olunub.
Pandemiya dövründə iki ölkənin iqtisadi əlaqələrinin mövcud protokollara riayət etməklə davam etdirilməsinin və Azərbaycan ilə İran arasında ticarət və tranzit üçün sərhədlərin açıq saxlanılmasının əhəmiyyəti vurğulanıb. Eləcə də son aylarda iki ölkə arasında daşımalar və tranzit mübadiləsinin artmasından məmnunluq ifadə olunub.
Həmçinin Azərbaycan ilə İran arasında iqtisadiyyat, sənaye, daşınmalar, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq yaxın vaxtlarda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Komissiyanın videokonfrans formatında iclasının təşkilinə dair razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

