Ceyhun Bayramov: Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir
12.08.2020 [09:11]
Bu gün keçirdiyimiz görüşlərdə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamları əsasında möhkəm təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri hərtərəfli müzakirə edildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov Azərbaycanın Xarici İşlər naziri olaraq ilk səfərini Türkiyəyə etməkdən məmnunluğunu ifadə edərək deyib: “Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu əlaqələrin inkişafında Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri xüsusi önəm kəsb edir”.
Nazir görüşdə, həmçinin regional inkişafa, sülhə, tərəqqiyə xidmət edən çoxsaylı layihələrlə bağlı müzakirələrin aparıldığını söyləyib. Bu layihələrin icrasının ölkələrimizin regional gücünü artırdığını, beynəlxalq mövqelərini möhkəmləndirdiyini bildirib.
Ceyhun Bayramov müzakirələrdə ölkələrimizin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.
Azərbaycanın Xarici İşlər naziri deyib: “Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib və dəstəkləyir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki son təxribatı zamanı biz bir daha bu dəstəyin şahidi olduq. Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində bu münaqişənin həlli yolları aydın şəkildə ifadə edilib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi qətidir və dəyişməzdir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

