/ / Müdafiə Nazirliyi: Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatlarının qarşısını almağa qadirdir
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatlarının qarşısını almağa qadirdir
20.08.2020 [08:26]
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın fikirlərinə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 19-da keçirilən mətbuat konfransında çıxış edən Ermənistanın sabiq prezidenti 2016-cı ilin aprel döyüşləri barədə danışarkən guya Azərbaycan Ordusunun tərkibində Türkiyə və İsraildən hərbi təlimatçıların olması haqqında sərsəm fikir səsləndirib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, məhz Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur.
Aprel döyüşlərindən aldığı zərbənin təsirindən 4 il sonra qismən özünə gələn S.Sarkisyanın bəraət qazanmaq üçün bu cür cəfəng fikirlər səsləndirməsi heç də təəccüblü deyil. Belə ki, bir tərəfdən Ermənistan ordusunun həmin döyüşlərdəki məğlubiyyətinin fəsadları, digər tərəfdən isə parlament komissiyasının bu uğursuzluqların səbəb və səbəbkarlarını müəyyən edərək onlara ağır cəza vermək çağırışı sabiq prezidenti belə bir addım atmağa məcbur edib.
“Bildiririk ki, bu gün Azərbaycan Ordusu ölkəmizdə və dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrində ixtisaslaşmış peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş və arsenalında ən müasir silah-sursat, hərbi texnikası olan ordudur. S.Sarkisyanın səsləndirdiyi yalan və gülünc fikirlər onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir. Erməni xalqı bilməlidir ki, Ermənistan ordusunun Aprel döyüşlərindəki alçaldıcı məğlubiyyətinin günahkarı məhz S. Sarkisyan və onun hərbi-siyasi rejimi olub.
Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hazırkı hakimiyyətinin törətdiyi hərbi avantüranın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatlarının qarşısını almağa qadirdir”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

