Prezident İlham Əliyev: Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır
11.09.2020 [09:52]
Ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən Prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 101-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışındakı çıxışından götürülüb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin fevral-mart aylarını əhatə edir.
Yeni kitabda Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinə, Türkiyə və Türkmənistan prezidentlərinin ölkəmizə səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata birgə bəyanatlara dair materiallar toplanıb.
Nəşrə Azərbaycan Prezidentinin ABŞ, Böyük Britaniya və Rusiyanın, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi haqqında informasiyalar daxil edilib.
Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb.
Bu cilddə oxucular Azərbaycan Prezidentinin Goranboy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarına səfərləri zamanı infrastruktur obyektlərinin, o cümlədən “ASAN xidmət” mərkəzinin, xəstəxanaların, parkların, sənaye müəssisələrinin açılışında söylədiyi nitqlərinin mətnləri, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.
Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu nitqlərinin mətnləri və digər materiallar da yeni nəşrdə yer alıb.
“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 101-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

