Ermənistan Livan ermənilərindən silahlı muzdlu kimi istifadə etməyi planlaşdırır
15.09.2020 [08:58]
Azərbaycan ərazisinin 20 faizini işğal edən, təcavüzkar siyasəti ilə 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşərək bütün fundamental hüquqlarının pozulmasına səbəb olan Ermənistan müharibə cinayətlərini davam etdirir. Elə Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması bunun bariz təzahürü və növbəti nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputatın sözlərinə görə, Ermənistanın Livanda baş verən faciədən öz çirkin məqsədləri və təcavüzkar niyyətləri üçün istifadə edərək qeyri-qanuni məskunlaşdırma siyasəti aparması Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular olaraq istifadə etmək məqsədini güdür: “Bu, eyni zamanda, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətinin növbəti təxribat və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir. Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Bu isə əslində işğalçı ölkə tərəfindən hərbi təxribatların diplomatik müstəvidə davam etdirməsidir”.
H.Babaoğlu diqqətə çatdırıb ki, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn kobud surətdə pozulması, 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinin gözardı edilməsidir. İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilir və 1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalında da əsas hərbi cinayətlərdən biri hesab olunaraq məhkəmə qərarı ilə əmsal təşkil edir. Məhz buna görə Paşinyan və onun siyasi komandası dəqiq bilməlidir ki, bu cinayətlərə görə mütləq cavab verəcəklər. İkincisi, Livandan köçürülən ermənilər bilməlidirlər ki, Şuşa onların vətəni deyil. Bir gün mütləq oradan geri köçürüləcəklər. Onların içərisində olan terrorçu və muzdlular isə Azərbaycan Ordusunun qəhrəman əsgərləri tərəfindən məhv ediləcəklər.
Deputat bildirib ki, ATƏT-in Minsk qrupu mütləq bu məsələyə münasibət bildirməli, işğalçı ölkəni bu addımından çəkindirmək üçün ona təzyiq etməli və vaxt itirmədən danışıqlar prosesini başlatmalıdır. Əks təqdirdə əlavə gərginlik regionda hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist baş nazirinin üzərinə düşəcək.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

