/ / Sabir Rüstəmxanlı: Azərbaycanda Qarabağın azadlığı uğrunda mübarizə ilə bağlı heç bir fikir ayrılığı yoxdur
Sabir Rüstəmxanlı: Azərbaycanda Qarabağın azadlığı uğrunda mübarizə ilə bağlı heç bir fikir ayrılığı yoxdur
09.10.2020 [08:49]
“Bir neçə gün öncə ölkədə fəaliyyət göstərən 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüşün böyük əhəmiyyəti var. Belə bir görüş Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri olaraq mənim üçün həyat idealıma, arzularıma uyğun görüşdür”. Bu fikirləri VHP-nin sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, həmişə bu formatın arzusunda olmuşuq ki, Azərbaycanın siyasi təşkilatları kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq bir araya gəlsinlər. Təkcə siyasi partiyalar yox, digər ictimai-siyasi qurumlar da millətin taleyi ilə bağlı olan məsələlərdə prinsipial mövqedən çıxış etməyi bacarsınlar. “İndi Qarabağda savaş gedir. Belə bir vaxtda milli birliyin əhəmiyyəti daha da artıb. Əslində, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaranması, sonra siyasi partiyalarla keçirilən görüşlər, dialoqun baş tutması Azərbaycanda yeni siyasi vəziyyət yaradıb. İndiki Vətən müharibəsi bu birliyin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu həm də onu göstərir ki, indiki şəraitdə Azərbaycanda Qarabağın azadlığı uğrunda mübarizə ilə bağlı heç bir fikir ayrılığı yoxdur”.
Partiya sədri qeyd edib ki, bu gün Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşur: “Ermənistanın hərbi-siyasi rəhbərliyi hesab edirdi ki, son hərbi təxribat nəticəsində yenə hansısa ərazini işğal edəcəklər və kimsə də onlara “gözün üstündə qaşın var” deməyəcək. Cəzasız qalacaqlar. Lakin Azərbaycan Ordusunun peşəkar və qətiyyətli davranışı onların niyyətini puç etdi. Təcavüzkar dövlət bilsin ki, işğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”.
S.Rüstəmxanlı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib: “Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, əvvəl də belə olub, indi də belədir. Azərbaycan Prezidenti də çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Bu gün erməni faşizmi davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırımı törətmək erməninin dəyişməz xislətidir. Onlar üçün müqəddəs heç nə yoxdur. Onlar üçün ana-ata, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Bunu Xocalı qətliamında da gördük. Müharibənin öz şərtləri var, ancaq Xocalı faciəsi göstərdi ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinə çatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.
S.Rüstəmxanlı əmin olduğunu bildirib ki, indiki dönəmdə milli birlik və həmrəylik sarsılmazdır. Və bu amil erməni işğalçılarının torpaqlarımızdan qovulmasında mühüm şərtdir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

