/ / Sahib Məmmədov: Torpaqlarımızın işğaldan azad olunması məsələsində cəmiyyətdə heç bir fikirayrılığı ola bilməz
Sahib Məmmədov: Torpaqlarımızın işğaldan azad olunması məsələsində cəmiyyətdə heç bir fikirayrılığı ola bilməz
17.10.2020 [07:50]
“Azərbaycanın hər bir vətəndaşı kimi, Ali Baş Komandanın işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyirəm. Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribatı qarşısında qoşunlarımızın əks-hücum əməliyyatlarına başlaması bütün Azərbaycan əhalisi tərəfindən alqışlanır. Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar da bunu təsdiq edir. Bu tədqiqatların nəticəsi göstərir ki, Azərbaycan xalqı Ali Baş Komandanın atdığı addımlara qətiyyətlə dəstək verir. Biz də bu cəmiyyətin tərkib hissəsi, bu xalqın nümayəndəsi olaraq eyni mövqedən çıxış edirik”.
Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
QHT sədri bildirib ki, düşmənlərimizin istəklərinin əksinə olaraq bu günlərdə Azərbaycan cəmiyyətində görünməmiş birlik və həmrəyliyin şahidi oluruq: “Bəzi ehtimalların və proqnozların əskinə olaraq, son nəticədə Azərbaycan xalqı növbəti dəfə bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşib. Heç bir siyasi təşkilatı təmsil etməyən, ermənilərlə birgə layihələr həyata keçirən bir neçə şəxsdən başqa, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, cəmiyyətin bütün təbəqələri Ali Baş Komandanla həmrəylik nümayiş etdirib. Eyni zamanda, bu dönəmdə iqtidar və müxalifət məsələsi aradan qalxıb. Bəzi kiçik qrupları təmsil edən şəxslər istisna olmaqla, bütün siyasi partiyalar eyni mövqedən çıxış edirlər. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə xalq-Ali Baş Komandan, xalq-ordu, müxalifət-iqtidar birliyi mövcuddur”.
S.Məmmədovun sözlərinə görə, ilin əvvəlindən başlayaraq, siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə aparılan dialoq və görüşlərin də əldə edilən milli həmrəyliyə müsbət təsiri olub: “Bir mühüm məqamı qeyd edim ki, cənab Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçiləndə də birmənalı şəkildə bəyan etmişdi ki, O, bütün Azərbaycan xalqının Prezidentidir. Cənab Prezident dövlət başçısı kimi fəaliyyətinin bütün dövrlərində bu xəttə sadiq olub, yəni, siyasi dialoq xətti həmişə mövcud olub. Bununla yanaşı, 2018-ci ildə keçirilən prezident seçkiləri dövründə və seçkidən sonra dövlət başçısı mühüm mesajlar vermişdi. Onlardan biri də təbii ki, cəmiyyətdə, o cümlədən siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları arasında dialoqun intensivləşdirilməsi barədə idi. 2020-ci ilin əvvəlindən bu istiqamətdə aparılan siyasətin növbəti mərhələsi başladı. Daha doğrusu, bu il dialoqun dərinləşdirilməsi baxımından, xüsusilə fərqləndi. Təbii ki, bu prosesin bugünkü milli həmrəyliyin əldə olunmasına müsbət təsiri var. Ən əsası da odur ki, Qarabağ torpaqlarının azad olunması məsələsində cəmiyyətdə heç bir fikirayrılığı ola bilməz. Bu məsələdə, yalnız xəyanətkarlar fərqli fikir sərgiləyə bilərlər”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

