Ermənistan yenə də mülki əhalini hədəfə almaqla növbəti müharibə cinayəti törətdi
29.10.2020 [08:45]
Ekspertlərin fikrincə, düşmən döyüş meydanında açıq məğlubiyyətinin əvəzini dinc vətəndaşlardan çıxmağa çalışır
Xəbər verildiyi kimi, oktyabrın 27-də saat 16 radələrində erməni silahlı qüvvələri əldə olunan humanitar atəşkəs razılığını pozaraq Bərdə rayonunun Qarayusifli kəndini və oktyabrın 28-də Bərdə şəhərinə müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutub. ANAMA-nın yaydığı məlumata görə, Bərdə rayonuna “Smerç” qurğusundan kasetli raketlər atılıb. Yeri gəlmişkən, bu kimi kasetli raketlərdən istifadə olunması müxtəlif hərbi konvensiyalara görə qadağandır və Ermənistan bu addımı ilə növbəti dəfə açıq müharibə cinayəti törədib. Ermənilərin bu xain hücumu nəticəsində oktyabrın 27-də 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib, 13 nəfər ciddi xəsarət alıb, oktyabrın 28-də isə 21 nəfər həyatını itirib, 70 nəfər isə ciddi xəsarət alıb.
Göründüyü kimi, Ermənistan növbəti dəfə humanitar atəşkəsi pozaraq beynəlxalq hüquqa və razılaşmalara riayət etmədiyini ortaya qoydu. Oktyabr ayında 2 dəfə Gəncəyə edilən xain raket hücumlarının ardından cəbhə xəttindən aralıda yerləşən Bərdə şəhərinin də qadağan olunan silahlarla atəşə tutulması bir daha bu ölkənin işğalçı və təcavüzə söykənən siyasətdən əl çəkmədiyini göstərir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, humanitar atəşkəsin əldə olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna kasetli raket hücumlarının həyata keçirməsi, mülki əhalinin yaşadığı əraziləri hədəfə alması bu ölkənin faşist mahiyyətindən xəbər verir. Əhalinin sıx yaşadığı ərazilərə, kəndlərə və qəsəbələrə raket hücumunun həyata keçirilməsində əsas məqsədin çoxlu sayda insanın qətlə yetirilməsi olduğunu dilə gətirən millət vəkili onu da bildirib ki, işğalçı dövlətin bu əməlləri cinayət xarakteri daşıyır: “Azərbaycan dövləti humanitar atəşkəsə, müharibə qanunlarına riayət edir, mülki əhalinin yaşadığı ərazilərə qarşı heç bir silah işlədilmir. Döyüş meydanında rəzil günə düşmüş, açıq məğlubiyyətə uğramış Ermənistan tərəfi isə məğlubiyyətinin acığını mülki əhalidən çıxmağa çalışır. Onlar bu cür xain hücumlarla insanlarda qorxu yaratmağa cəhd göstərirlər. Təbii ki, onların bu cəhdləri nəticəsizdir və Azərbaycan dövləti, xalqı birmənalı şəkildə torpaqlarımızın işğaldan azad edilməsində qətiyyət nümayiş etdirir. Ən üzücüsü isə, həlak olan, yaralanan vətəndaşlarımız arasında azyaşlı körpələrin olmasıdır. Bu, Ermənistanın faşist zehniyyətə malik olduğunu bir daha isbatlayır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin tutduğu terrorçu mövqe onların sülh yolu ilə torpaqları geri qaytarmayacağını bir daha yəqinləşdirir. Humanitar atəşkəs müddətində də beynəlxalq hüququn prinsip və qaydalarına məhəl qoymayan Ermənistanla, yalnız güc dili ilə danışmaq lazımdır”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da bildirib ki, Ermənistanın Bərdə rayonunun kəndlərini və rayon mərkəzini ağır artilleriyadan, qadağan olunan raketlərdən atəşə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, dünya ictimaiyyətinin çağırışlarını heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Millət vəkili onu da qeyd edib ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə qəti şəkildə riayət etmir. K.Əliyevanın sözlərinə görə, cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı ərazilərə raketlər vasitəsilə edilən hücum işğalçı dövlətin təcavüzkar xislətini bir daha sübut edir: “Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində yaşayış binaları dağılıb, evlərə ziyan dəyib, mülki şəxslər həlak olub və ciddi xəsarətlər alaraq yaralanıb. Bu, müharibə cinayətidir. Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, əldə olunan razılaşmaya heç zaman əməl etməyib. Nə qədər ki, beynəlxalq ictimaiyyətdə hələ də ikili standartlar davam edir, bəzi ermənipərəst dövlətlər Ermənistanı açıqca dəstəkləyir, bu cinayətlər davam edəcək. Dünya ictimaiyyətini, xüsusilə BMT, ATƏT və digər beynəlxalq təşkilatları çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı dayandırmağa və bu vəhşiliyi və vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

