/ / Sabir Hacıyev: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqincə yerinə yetirdi
Sabir Hacıyev: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqincə yerinə yetirdi
11.11.2020 [09:49]
Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən davam edən sülhə məcburetmə əməliyyatı nəticəsini verdi. İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qətiyyəti düşməni işğal altındakı digər rayonların da boşaldılmasına məcbur etdi. Qəhrəman əsgərlərimizin şücaəti hesabına Şuşanın azad edilməsi ermənilərin müqavimətini tam aradan qaldırdı”.
Bunu “Yeni Azərbaycan”a açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
S.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları bəyanat Azərbaycan üçün böyük qələbədir: “Hamımız bilirik ki, əks-hücum əməliyyatları başlayan gündən Azərbaycana müxtəlif təzyiq və təsir göstərmək cəhdləri olurdu. Amma dövlət başçısı heç vaxt Öz mövqeyindən geri çəkilmədi. Ali Baş Komandan xalqa müraciətlərində və xarici KİV-ə müsahibələrində dəfələrlə bəyan etdi ki, Azərbaycanın hərbi əməliyyatları dayandırmasının yeganə şərti var: Ermənistan işğal edilmiş rayonlardan qoşunlarını çəkəcəyi barədə təminat versin və qrafik təqdim etsin. Azərbaycan Prezidentinin tələbləri həmin sənəddə öz əksini tapdığı üçün bu bəyanatı mühüm qələbə hesab etmək olar”.
Partiya sədrinin sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. S.Hacıyev deyib ki, Azərbaycan Prezidentinin diplomatik sahədə də uğurlar əldə etməsi mühüm əhəmiyyətə malikdir: “Əks-hücum əməliyyatlarının başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın da Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübuta yetirdi. Siyasi partiyaların Şuşanın işğaldan azad edilməsi münasibətilə dövlətimizin başçısına ünvanladıqları təbrik məktubunda deyildiyi kimi, torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizədə Azərbaycan xalqı ilə birlikdə Ali Baş Komandanın yanındayıq”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

