/ / Cavanşir Paşazadə: Kəlbəcərin qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın qüdrətinin göstəricisidir
Cavanşir Paşazadə: Kəlbəcərin qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın qüdrətinin göstəricisidir
27.11.2020 [09:13]
“27 ildən çoxdur ki, işğal altında olan Kəlbəcər rayonunun azad edilməsi tariximizdə mühüm hadisədir. Rəşadətli Azərbaycan Ordusu noyabrın 25-də rayona daxil oldu. Kəlbəcər qansız-qadasız, bir güllə atılmadan, şəhid verilmədən erməni işğalından azad edildi”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qüdrətli ordusu, qəhrəman əsgərlərimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etdi, düşmən ordusu darmadağın olundu: “Buna görə də məğlub duruma düşən Ermənistan hakimiyyəti kapitulyasiya sənədini imzalamağa məcbur oldu. İmzalanmış sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğalçı Ermənistanın hərbi birləşmələri tərk etməli idi. Artıq Ağdam və Kəlbəcər rayonları azad edilib, dekabrın 1-dək isə Laçın rayonu da azad olunacaq. Bu, bizim möhtəşəm siyasi qələbəmizdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, döyüş meydanında hərbi üstünlüyümüz, siyasi müstəvidə də üstünlüyümüzü təmin etdi və düşmən kapitulyasiya sənədini imzalamağa məcbur oldu”.
Millət vəkilinin sözlərinə görə, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. O, qeyd edib ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb.
Deputatın sözlərinə görə, bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Bu gün isə qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji terror törədiblər.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil oldu. Bu, dövlətimizin, xalqımızın böyük qələbəsidir”, - deyə Cavanşir Paşazadə qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

