Elçin Mirzəbəyli: Zəfər paradı bir daha Azərbaycanın gücünü göstərdi
15.12.2020 [09:37]
“Dekabrın 10-da keçirilmiş Zəfər paradı bir daha Azərbaycanın gücünü, qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Paradda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Həqiqətən də, bu qələbə regionda yeni bir siyasi mənzərə yaratdı və artıq qarşıda yeni bir dövr bizi gözləyir. Ərazi bütövlüyümüzün, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi suverenliyimiz üçün çox önəmli bir hadisədir. Həmçinin əldə olunan bu möhtəşəm qələbə nəticəsində Azərbaycan xalqının onsuz da ayaqda olan ruhu daha da yüksəlib, özünəinam hissi daha da artıb”.
Bu fikirləri qəzetimizə açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, əldə olunan qələbə, o cümlədən dekabrın 10-da keçirilmiş Zəfər paradı qarşıdakı yeni mərhələdə olduqca stimulverici faktor rolunu oynayacaq. Ən müxtəlif sahələrdə həyata keçirəcəyimiz layihələrin, atacağımız addımların ölkəmizin inkişafında böyük əhəmiyyət daşıyacağını diqqətə çatdıran E.Mirzəbəyli vurğulayıb ki, ölkəmiz üçün geniş perspektivlər mövcuddur: “İşğaldan azad edilən torpaqlarımız Azərbaycan iqtisadiyyatına güc qatacaq. Bildiyimiz kimi həmin ərazilər böyük resurslara və potensiala malikdir. Bu torpaqlar Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində, güclənməsində böyük rol oynayacaq. Eyni zamanda, məsələyə regional əməkdaşlıq aspektindən yanaşsaq, bölgədə sülhün və təhlükəsizliyin təmini yeni investisiyalar üçün münbit şərait yaradır. Bu isə özlüyündə regionda yeni əməkdaşlıq formatlarının formalaşması deməkdir. İlk növbədə isə işğaldan azad olunan şəhər və kəndlərimizin bərpası, quruculuq prosesi aparılacaq, qayıdışımız təmin olunacaq. Ümumiyyətlə, əldə olunan qələbə bütün aspektlərdən-demoqrafik yüksəlişdən tutmuş, iqtisadi inkişafa qədər bütün sahələrə müsbət təsirini göstərəck. Ən əsası isə bu gün bu şanlı tarixi yaşamağın özü böyük bir xoşbəxtlikdir”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

