Tahir Rzayev: Azərbaycan tarixi ədaləti bərpa edib
17.12.2020 [09:20]
“ATƏT-in Minsk qrupu uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi və əslində, problemin həll olunmaması üçün əlindən gələni əsirgəmədi”. Bu fikri qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, qurumun fəaliyyətsizliyi nəticəsində BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etmələri barədə qətnamələri, bir çox beynəlxalq təşkilatların qərar və göstərişləri kağız üzərində qaldı, həmin qərarlara əməl olunmadı və nəticədə Ermənistan daha da azğınlaşdı, yeni təcavüzkarlıq planlarına əl atdı. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsini bu günlərdə qəbul edərkən bunları bir daha xatırladıb və Minsk qrupunun fəaliyyətsizliyini onların nəzərinə çatdırıb.
“Dövlətimizin başçısının qeyd etdiyi kimi, 28 il vasitəçilik mandatından səmərəsiz istifadə edilib, haqqın-ədalətin bərqərar olması üçün heç bir əsaslı tədbir görülməyib. Belə olduğu halda, Azərbaycan özü tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirərək erməni təcavüzkarlarını işğal etdikləri ərazilərdən çıxarıb. Əlbəttə, bu Azərbaycanın haqqıdır və xalqımız öz haqqını alıb. ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa və ABŞ bunu qiymətləndirməlidir. Amma bəzi beynəlxalq dairələr yenidən ermənipərəst mövqeyindən çıxış edərək əldə olunmuş qələbəmizə kölgə salmaq istəyirlər ki, bu da qəbuledilməzdir və beynəlxalq hüquq normalarına ziddir. Digər tərəfdən, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dediyi kimi “artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”. Belə olan halda Minsk qrupu kimə və nəyə lazımdır? Bu barədə ATƏT fikirləşməli və qəti qərara gəlməlidir. Əgər bu qrup sülhməramlı tədbirlərə qoşulub neytral mövqe tutaraq xalqlar arasında qarşılıqlı münasibətlərin yaradılmasına xidmət edərsə o vaxt onun fəaliyyətini dəstəkləmək olar”, - deyə komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

