Milli Məclis ilə Avropa Parlamenti arasında videoformatda görüş keçirilib
22.12.2020 [09:57]
Dekabrın 21-də Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa Parlamenti arasında canlı bağlantı olub. Videoformatda keçirilən görüşdə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand və komitənin Milli Məclis tərəfindən həmsədri, deputat Cavanşir Feyziyev iştirak edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşün mövzusu hərbi əməliyyatlar başa çatdıqdan sonra münaqişə bölgəsindəki vəziyyət və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı olub.
Cavanşir Feyziyev hərbi əməliyyatlar başa çatdıqdan sonra işğal altında qalan digər torpaqların da 9 noyabr tarixli üçtərəfli Bəyanat əsasında azad olunması, həmin bölgələrdə Azərbaycan hərbçilərinin və hakimiyyət orqanlarının öz fəaliyyətlərini bərpa etməyə başlaması, artıq Qarabağ ərazilərində quruculuq işlərinə başlanması haqqında avropalı həmkarına geniş məlumat verib. Millət vəkili, həmçinin son 30 il ərzində erməni hərbi qüvvələrinin işğalı altında qalmış ərazilərdə həyata keçirilmiş dağıdıcılıq və vandalizm əməlləri barədə danışaraq deyib: “Azad olunmuş Qarabağ ərazilərində bir dənə də olsa dağıdılmamış bina qalmayıb. Bütün yaşayış evləri, inzibati binalar, infrastruktur qurğuları, təhsil və mədəniyyət binaları, eləcə də tarixi-mədəni irs nümunələri məhv edilib, əvəzində keçilməz hərbi istehkamlar və hərbi şəhərciklər salınıb”.
Avropalı həmsədrin sülh prosesinin davamlı olması üçün Minsk qrupu çərçivəsində aparılan danışıqların davam etdirilməsinin zəruriliyi haqqında səsləndirdiyi fikrə cavab olaraq Cavanşir Feyziyev bildirib ki, sülh prosesi bölgə dövlətləri olan Rusiya və Türkiyənin yaxından iştirakı ilə davam etdirilir və bölgədə müharibəyə birdəfəlik son qoyulub. Millət vəkili bildirib ki, Azərbaycan bütün bölgə dövlətlərini, o cümlədən Ermənistanı da əhatə edən altıtərəfli əməkdaşlıq platforması haqqında təşəbbüs irəli sürüb və biz ümid edirik ki, Ermənistan da digər qonşu dövlətlər kimi düşmənçiliyə son qoyaraq bölgədə sıx əməkdaşlıq prosesinə öz töhfəsini verəcək və bu, hər şeydən əvvəl, Ermənistanın öz maraqlarına uyğundur.
Avropalı həmsədrin Dağlıq Qarabağın hər hansı xüsusi statusu haqqında sorğusuna cavab olaraq C.Feyziyev belə bir məsələnin artıq ölkənin siyasi gündəliyində olmadığını bildirib. O qeyd edib ki, statusla bağlı məsələ Minsk qrupunun həmsədrliyi ilə 30 il ərzində aparılan danışıqların mövzusu idi və münaqişənin sülh yolu ilə həllinin bir elementi kimi nəzərdən keçirilirdi. Təəssüf ki, münaqişə sülh yolu ilə öz həllini tapa bilmədi və müvafiq olaraq həmin danışıqlar çərçivəsində nəzərdən keçirilən bütün tənzimləmə elementləri artıq öz aktuallığını itirib.
Görüşdə, həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyət haqqında danışılıb, sanitar vəziyyətin imkan verəcəyi halda gələn ilin əvvəllərində komitə iclaslarının tam tərkibdə Brüsseldə və ya Bakıda keçirilməsi planlaşdırılıb. Postmünaqişə dövründə region dövlətləri arasında, eləcə də Aİ və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

