/ / “Jewish News Syndicate” agentliyi Qələbədən sonra azərbaycanlıların Qarabağa qayıdışından bəhs edən məqalə yayıb
“Jewish News Syndicate” agentliyi Qələbədən sonra azərbaycanlıların Qarabağa qayıdışından bəhs edən məqalə yayıb
12.01.2021 [09:06]
“Jewish News Syndicate” agentliyi Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azərbaycanlıların doğma yurdlarına qayıdışından bəhs edən məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Ermənistanla altı həftəlik müharibədə qazandığı Qələbədən sonra azərbaycanlıların Qarabağa qayıtmaq imkanının yarandığı qeyd edilir. Yazıda, həmçinin yəhudilərin əsrlərdir Azərbaycanda yaşadıqları, İsrail və Azərbaycan arasında əlaqələrin onilliklər ərzində inkişaf etdiyi bildirilir.
Məqalənin müəllifi olan “Cultural Diplomacy Associates” təşkilatının rəhbəri, “Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altman on illər idi davam edən Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlıların işğaldan azad olunmuş ərazilərə qayıtmaları ilə bağlı yəhudi baxışını diqqətə çatdırır. Qeyd edir ki, 30 il müddətində Qarabağda ermənilərin məskunlaşdırılması və azərbaycanlıların olmaması orada Azərbaycan mədəniyyəti və həyat mənzərəsini, sözün əsl mənasında, dəyişdirib. Ötən illər ərzində BMT-nin bir neçə qətnaməsi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiqləməsinə baxmayaraq, azərbaycanlılar Qarabağdakı irslərinin və evlərinin faciəvi şəkildə dağıdılmasına beynəlxalq miqyasda biganəliyin olduğunu gördülər.
Azərbaycandakı yəhudilər həmyerlilərinin Qarabağın ölkənin döyünən ürəyinin ayrılmaz tərkib hissəsi olması hisslərini bölüşürlər. Yəhudilərin yaşadıqları Qırmızı Qəsəbədən olan əsgər Daniel Zarbaliv 30 il idi işğal altında olan torpaqların azad edilməsi ilə qürur duyduğunu bildirir. Onun fikirləri 1992-ci ilin mayında Qarabağ uğrunda döyüşərkən əsgər yoldaşlarını xilas etməyə çalışan və həlak olan Azərbaycan yəhudisi Albert Aqarunovun fikirlərini təkrarlayır. Albert Aqarunov ölümündən sonra ən ali mükafata - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Ölümündən əvvəl o demişdi: “Bura mənim vətənimdir. Mənim başqa vətənim yoxdur. Vətənimi qorumağım mənim üçün təbiidir”.
Müəllif yazır ki, həqiqətən, dünya azərbaycanlıları, nəhayət, evlərinə geri qayıtdıqlarını gördüklərinə sevinirlər. Azərbaycanlılar Qarabağı Azərbaycanın zəngin, inkişaf etmiş irsinin mərkəzi hesab edirlər. 1988-ci ildən başlayaraq Qarabağın itirilməsi onlar üçün şok təsiri bağışladı. Qarabağdan Azərbaycanın paytaxtı Bakıya getmək məcburiyyətində qalan 600 mindən çox məcburi köçkün üçün vətənə qayıtmaq öz ailələrinə və uşaqlıq illərinə qayıtmaq deməkdir. Orada onların sevincli və kədərli xatirələri var. Kədərli ona görə ki, məcburi köçkünlərin çoxunun ailə üzləri Qarabağda dəhşətli şəkildə qətlə yetirilib.
Evə qayıtmaq həm də əksər azərbaycanlılara “Qafqazın konservatoriyası” kimi tanınan Şuşanın sənətkarlarının, musiqiçilərinin, şairlərinin yaradıcılığını, onların şərəfinə yaradılmış muzeyləri xatırladır. Ancaq Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinə görə, Qarabağda iyirmidən çox muzey, yüz mindən çox muzey eksponatı və digər infrastruktur obyektləri, tarixi, dini, mədəni abidələr məhv edilib. Mədəni irsin dağıdılması müharibənin dəhşətli nəticəsidir. UNESCO, Metropoliten muzeyi, Smitsonian İnstitutu və digərləri Qarabağdakı eksponatlara hörmətlə yanaşılması üçün müraciətlər etsələr də, Azərbaycanın müvafiq qurumları bu müraciətlərin çox gec edildiyini bildiriblər.
Məqalədə Xurşidbanu Natəvan, onun yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti haqqında da məlumat verilir. Bildirilir ki, bu gün Bakıya gələn qonaqlar Natəvanın şəhərin mərkəzindəki heykəlini görə bilərlər. Sabah isə Qarabağda dünya Natəvanı və bu bölgənin digər qəhrəmanlarını tanımaq üçün yeni yollar tapa bilər. Şübhəsiz ki, azərbaycanlılar bu qədər əziz tutduqları irsi inkişaf etdirmək üçün yeni yolları özləri tapacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

