/ / Azərbaycanın və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində keçirilən təqdimatda çıxış ediblər
Azərbaycanın və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində keçirilən təqdimatda çıxış ediblər
12.02.2021 [09:25]
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Qars vilayətində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində fevralın 11-də “Ali müşahidəçi günü”ndə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdə müdafiə nazirlərinin çıxışları dinlənilib.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladan Zakir Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri qardaş ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsini təmin edir. Bütün sahələri əhatə edən əlaqələrimiz hərbi əməkdaşlığın da genişləndirilməsi üçün ciddi zəmin yaradıb.
“Qış təlimi-2021” birgə təlimlərinin uğurla keçirildiyini diqqətə çatdran Azərbaycan müdafiə naziri bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Bu, bir daha əminlik yaradıb ki, təlimlərə cəlb edilən şəxsi heyət döyüş tapşırıqlarını icra etməyə tam hazırdır. Bu təlimlər, eyni zamanda, bütün dünyaya Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hər bir vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu nümayiş etdirib.
Türkiyə Silahlı Qüvvələrinin dünyanın ən qüdrətli ordularından olduğunu diqqətə çatdıran general-polkovnik Zakir Həsənov vurğulayıb ki, bu təcrübədən bəhrələnmək Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın 44 günlük müharibədə Ermənistanı məğlub edərək işğala son qoyduğunu xatırladan nazir Zakir Həsənov bildirib ki, qardaş Türkiyə Vətən müharibəsi zamanı siyasi, mənəvi və diplomatik dəstəyi ilə hər zaman yanımızda olub. Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda keçirilmiş Zəfər Paradında birgə iştirakı dostluğumuzun və qardaşlığımızın əbədi olmasının nümunəsidir.
Qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanı təmsil edən hərbi heyəti böyük səmimiyyətlə salamlayaraq deyib ki, Türkiyənin və Azərbaycanın Silahlı qüvvələri müasir avadanlıq və peşəkar şəxsi heyətlərinin iştirakı ilə qışda, yayda, eləcə də çətin dağ şəraitində quruda, dənizdə, havada hər cür tapşırıqları yerinə yetirməyə qadir olduqlarını nümayiş etdiriblər. İki qardaş ölkə arasında hərbi sahəni əhatə edən əməkdaşlıq çoxistiqamətli və davamlıdır.
“Qış təlimi-2021” birgə təlimlərinin texniki göstəricilərindən bəhs edən nazir Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın tarixi əhəmiyyət daşıdığını ifadə edib. Minsk qrupunun otuz ildə aradan qaldıra bilmədiyi işğala Azərbaycan Silahlı Qüvvələrinin 44 gündə son qoyduğunu diqqətə çatdıran nazir bildirib ki, əldə olunan şanlı zəfər Türkiyə üçün qürurvericidir.
Türkiyənin terrorizmə qarşı qətiyyətlə mübarizə apardığını, dövlət sərhədi boyunca təhlükəsizlik tədbirlərini bundan sonra da uğurla davam etdirəcəyini vurğulayan Hulusi Akar çıxışında gündəmdə olan digər məsələlərə də münasibət bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

