Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əlisahib Hüseynov: Altı siyasi partiyanın YAP-a birləşməsi ölkədə siyasi plüralizmin mövcudluğundan xəbər verir

Əlisahib Hüseynov: Altı siyasi partiyanın YAP-a birləşməsi ölkədə siyasi plüralizmin mövcudluğundan xəbər verir

11.03.2021 [09:05]

“Altı siyasi partiyanın hakim partiya olan Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi və YAP-ın VII qurultayında bu barədə qərar qəbul edilməsi, ilk növbədə, ölkədə siyasi plüralizmin və partiyalararası demokratik münasibətlərin mövcudluğundan xəbər verir. YAP-la mövqeləri, fəaliyyət prinsipləri və taktikaları üst-üstə düşən partiyaların bir araya gəlməsinə, onların hakim partiyaya inteqrasiya etməsinə bu gün cəmiyyətdə gedən proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Düşünürəm ki, həmin partiyalar YAP-a qoşulmaqla daha effektiv siyasi fəaliyyət imkanı əldə edəcəklər”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, bu hadisəyə, həmçinin sivil inteqrasiya, təkamül yoluyla təmərküzləşmə və ən nəhayət, siyasi həmrəylik nümunəsi kimi də baxmaq olar. Siyasi platforması oxşar olan qurumların, qüvvələrin bir araya gəlməsi və böyük güc halında yeni siyasi alyans kimi fəaliyyət göstərməsi çox normaldır. Dünya təcrübəsində də bu kimi nümunələr çoxdur. Partiyaların birləşməsi və ya ayrılması məsələsi çoxpartiyalı sistemlərin mövcud olduğu ölkələrdə zaman-zaman rast gəlinən bir praktikadır, ənənədir. Xüsusən də Qərb ölkələrinin timsalında “siyasi qardaşlaşma”nın çoxlu nümunələrinə rast gələ bilərik.
“Bu baxımdan hesab edirik ki, 6 partiyanın YAP-la birləşməsi ölkəmizdə siyasi dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin oturuşmasına xidmət edəcək. Bu hadisə ölkənin yeni siyasi sisteminin, yeni konfiqurasiyanın formalaşması prosesinin dərinləşməsini stimullaşdıracaq. Həmçinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi indi ölkənin siyasi qüvvələri ilə daha fəal əməkdaşlıq mərhələsinə keçir. Biz 6 partiyanın YAP-a qoşulmasını ölkənin siyasi vitrini üçün çox ciddi hadisə kimi qiymətləndirir və bu yeni siyasi güc mərkəzinə uğurlar diləyirik”, - deyə partiya sədri vurğulayıb.
NARDAR

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31