Türkiyə mediası: Azərbaycan bütün varlığı ilə Türkiyəni dəstəkləyir
27.04.2021 [08:24]
ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar ədalətsiz bəyanatı ilə bağlı Azərbaycanın Türkiyəyə verdiyi dəstək qardaş ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Türkiyə cəmiyyətinin bütün təbəqələrində bu dəstək əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 24-də məlum bəyanatdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı baş tutan telefon danışığı qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Anadolu, DHA, İHA xəbər agentlikləri, “TRT Haber”, “TRT Avaz”, “Haber Türk”, “A Haber”, “Haber Global” telekanalları, “Milliyet”, “Akşam” və digər qəzetlər də daxil olmaqla ölkənin aparıcı media orqanları tərəfindən yayılan xəbərlərdə Azərbaycanın qardaş dəstəyi önə çəkilib. Anadolu Agentliyi bu barədə informasiyanı bir neçə dildə yayıb. Türkiyə mediası ABŞ-Prezidentinin bəyanatını tarixi səhv adlandıran Prezident İlham Əliyevin telefon danışığı zamanı səsləndirdiyi fikirləri ictimaiyyətə günün baş xəbəri kimi təqdim edib.
Azərbaycan xalqı, dövləti və hökuməti tərəfindən ABŞ Prezidentinin məlum açıqlamasına göstərilən sərt reaksiya ölkənin aparıcı mətbuat orqanlarının əsas mövzusu olaraq qalır. Diqqətə çatdırılır ki, Türkiyəyə qarşı bu ədalətsizliyə hazırda Azərbaycan ictimaiyyəti yekdil şəkildə etirazını nümayiş etdirir.
Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışıqları da bu ölkənin KİV-ləri tərəfindən geniş işıqlandırılıb. Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı sonadək Türkiyənin yanında olacağını ifadə edib. Türkiyə mediası, həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məsələ ilə bağlı açıqlamasına da yer ayırıb.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanatı da Türkiyə kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. “Azərbaycanda siyasi partiyalardan ortaq bəyanat: ABŞ Prezidentinin mövqeyini sərt şəkildə qınayırıq” sərlövhəsi ilə yayılan bu xəbər ölkə mətbuatının manşet xəbəri kimi təqdim edilib.
Qeyd edək ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri, dərnək rəhbərləri, elm və mədəniyyət adamları da məsələ ilə bağlı kəskin etiraz nümayiş etdiriblər. Soydaşlarımızın sosial şəbəkələrdə Türkiyəyə dəstək və ədalətsizliyə etiraz səsi səngimək bilmir.
Xəbərlərin əksəriyyəti AZƏRTAC-a istinad olunmaqla təqdim edilib.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

