/ / Abutalıb Səmədov: Beynəlxalq ictimaiyyət Ermənistanın müharibə cinayətlərinə biganə qalmamalıdır
Abutalıb Səmədov: Beynəlxalq ictimaiyyət Ermənistanın müharibə cinayətlərinə biganə qalmamalıdır
08.06.2021 [09:02]
“44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsini həzm etməyən düşmən bütün vasitələrlə azad edilmiş ərazilərdə dinc quruculuq işlərinə maneçilik törətmək istəyir”. Bu fikri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
Partiya sədrinin sözlərinə görə, iyunun 4-də Kəlbəcərdə baş verən sonuncu faciəli hadisəni Ermənistan tərəfinin mənfur planlarının tərkib hissəsi hesab etmək olar: “Azərbaycanın regionda yaratdığı reallığa əngəl yaratmaq istəyən də məhz məğlub Ermənistandır. Belə ki, dövlətimizin addım-addım qələbəmizi möhkəmləndirməyə, xalqımızı xarici və daxili təhlükələrdən qorumağa çalışdığı indiki vaxtda ağır məğlubiyyətə düçar olan düşmən Azərbaycana qarşı müxtəlif təxribatlara əl atır”.
A.Səmədov deyib ki, Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirən jurnalistlərin həlak olması minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi məsələsinin nə qədər vacib olduğunu sübut edir: “İnsanların həyatı üçün təhlükə yaradan minalanmış sahələrin xəritələrini verməkdən imtina Ermənistanın daha bir hərbi cinayətidir. Üçtərəfli Bəyanatın imzalandığı vaxtdan Azərbaycan dəfələrlə minalanmış ərazilərin xəritələrini verməyi tələb etsə də, Ermənistan tərəfi 7 aydır buna etinasız yanaşır. Bu yöndə çağırışları cavabsız qalsa da, Azərbaycan öz gücünə minalanmış əraziləri təmizləməyə çalışır. Lakin mənfur düşmənin hər yeri minalaması Azərbaycanın mülki əhalisi üçün böyük təhlükə yaradır və mina qurbanlarının sayı artmaqda davam edir. Buna görə də 3 nəfər mülki vətəndaşın, o cümlədən media mənsublarının həlak olması, digərlərinin yaralanması ilə nəticələnən son hadisəyə dünya birliyi yenə də ikili standartlardan yanaşmamalıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın müharibə cinayətlərinə biganə qalmamalı və təcavüzkarın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına adekvat reaksiya verməlidir”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

