Dünyanın Yeni Əfqanıstan” dərdi
16.09.2021 [14:08]
Yaxud region dövlətləri təşviş içində...
Əfqanıstanda baş verən son hadisələr dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir. Prezident Əşrəf Qəninin ölkəni tərk etməsinin ardından faktiki hakimiyyəti ələ almış “Taliban” hərəkatı sabitliyi təmin edə bilmir. Hələ də hökuməti formalaşdırmaqda çətinlik çəkən “Taliban”ın daxilindəki gərginliklər də səngimir. Mövcud vəziyyət, öz növbəsində, regionun gələcək inkişafı baxımından da müəyyən suallar və ciddi narahatlıqlar yaradır. Ekspertlərin qənaətinə əsasən, bu gün Asiya ilə Avropanı birləşdirən iqtisadi-coğrafi kommunikasiyanın keçid məntəqələrindən biri olan Əfqanıstanda yaşanan bu qeyri-müəyyənliklər yaxşı perspektiv vəd etmir.
Yeri gəlmişkən, artıq region dövlətləri mövcud vəziyyətlə əlaqədar öz narahatlıqlarını ifadə etməkdədirlər. Bəs 40 ildən artıq bir müddətdə qarşıdurmaların səngimədiyi Əfqanıstandakı siyasi mənzərə bu gün region üçün nə vəd edir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, Əfqanıstanda nələrin baş verə biləcəyini dəqiq proqnozlaşdırmaq asan deyil. Əfqanıstanda gedən siyasi proseslərin inkişafını dəqiq izləmək lazımdır: “Ölkədə vəziyyət gərgindir, çox çətin proseslər gedir və ən əsası, bundan xalq əziyyət çəkir. Siyasi sabitlik təmin olunmayıb. Hətta “Taliban” hərəkatının daxilində belə toqquşmaların olması haqqında bəlli məlumatlar var. “Taliban”ın daxilindəki qarşıdurmalar isə, öz növbəsində hökumət quruculuğu probleminin çözülməməsinə yol açır. Bütün bunları diqqətə alaraq bu ölkədə gələcəkdə nələrin baş verə biləcəyi haqda nikbin proqnoz vermək olduqca çətindir”.
Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan hər zaman dünya ölkələri ilə qarşılıqlı faydalı və milli maraqları təmin edən əsaslarla münasibətlər qurur. Əfqanıstanda yalnız sabit hökumətin qurulmasından sonra qarşılıqlı münasibətlərlə bağlı aydın bir mənzərənin formalaşacağını söyləyən A.Mollazadənin fikrincə, bunun üçün ilk növbədə, Əfqanıstanda dövlət quruculuğu prosesi, başlanılmalıdır. “Azərbaycanın da iştirakçısı olduğu qlobal layihələrlə bağlı hər hansı bir narahatlıq yoxdur. Çünki, Əfqanıstanda gedən proseslərin bu layihələrin icrasına heç bir təsiri yoxdur. Ola bilsin ki, gələcəkdə həmin qlobal layihələrin hansısa qolu Əfqanıstandan keçə bilər, amma qlobal layihələrin əsas iqtisadi istiqaməti Orta Asiya ölkələri üzərindən hələ ki, yalnız Çinə çıxışı mövcuddur. Düzdür, Əfqanıstan daha qısa yoldur, amma ötən 40 ildə bu ölkədə baş verənlər Əfqanıstan üzərindən iqtisadi yolun keçməsini aktual etmir”, - deyən A.Mollazadə onu da əlavə edib.
Qeyd edək ki, dünən Düşənbədə KTMT-nin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda terror hadisələri və mütəşəkkil narkoticarət qruplarının fəaliyyəti, həmçinin Əfqanıstandan öz ölkələrinə qaçqınların gəlişi ilə əlaqədar narahatlıqlarını bildiriblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

