Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Böyük Britaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq - Boris Conson

Böyük Britaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq - Boris Conson

04.11.2021 [11:53]

Böyük Britaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanlanmış müraciətində deyilir.

Müraciət Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filipp Barklay tərəfindən səsləndirilib.

Baş nazirin müraciətində qeyd olunur ki, gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq:

"Birləşmiş Krallıqla Azərbaycan arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Böyük Britaniya Cənubi Qafqazda təhlükəsizliyin tərəfdarıdır. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi üzrə iri proqram reallaşdırır. Hesab edirəm ki, regionda piyadalar əleyhinə minalar üzrə Ottava Konvensiyasını reallaşdırmaq vacibdir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30