Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əliyev yenidən dindirilə bilər

Əli Əliyev yenidən dindirilə bilər

11.11.2021 [20:04]

Bu dəfə başqa məsələdə...

Bu günlərdə xaricdən idarə olunan youtube kanallarında “siyasi partiya başqanı” iki köməkçisinin onu tərk edərək xaricə köçdüyünü deyib.

Əslində o,  bu açıqlaması ilə bir cinayətdə əli olduğunu özü dilə gətirib.

Məlumdur ki, hansısa partiyaya üzv olub, sonradan təhdid edildiyini uyduraraq  başqa ölkədə  yaşamaq şansı qazanmaq  siyasi biznes predmetinə çevrilib.

Əli Əliyevin köməkçiləri də görünür elə bu məqsədlə Vətəndaş və İnkişaf Partiyasına “üzv olublar” və Əli Əliyevdən aldıqları  saxta arayışlar əsasında aradan çıxıblar.

Belə aydın olur ki, Əli Əliyev həm də  “siyasi mühacir statusu” nun alveri  ilə məşğuldur. Əlahəzrət faktı onun özü etiraf edib.

Görünür, Əli Əliyev bu mövzuyla bağlı yenidən hüquq-mühafizə orqanları tərəfindən  dindirilməli olacaq.

Qeyd edək ki, “siyasi mühacir statusu” bəzi partiyaların gəlir mənbəyinə  çevrilib. Bir müddət əvvəl Arif Hacılının da adı bu “biznes”də hallandırılmış, “Müsavat” başqanının 1000 manat qarşılığında partiyaya "üzvlər" qəbul etməsi ortaya çıxmışdı.

Paylaş
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31