Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sergey Markov: Şuşa yaxınlığında törədilən terror aktı eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlmişdi

Sergey Markov: Şuşa yaxınlığında törədilən terror aktı eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlmişdi

15.11.2021 [13:06]

“Bizim Şuşaya səfərdən 2,5 saat əvvəl Şuşada yaxınlığında törədilən terror aktı Qafqazda sülhə, Azərbaycan Ordusuna, eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlmişdi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

Sergey Markov deyib ki, Rusiya sülhməramlıları da həmin qumbara atılan yerdə yerləşirdi: “Bir möcüzə oldu ki, Rusiya sülhməramlılarından heç kim xəsarət almadı. Bu cür terror hadisələri gələcəkdə baş verməməlidir. Bu terror aktının dəqiq araşdırılması aparılmalıdır. Bir çox təşkilatlar artıq bunu bir terror aktı kimi qəbul edib. Ermənistan hakimiyyəti də terrorizmlə mübarizə aparmalıdır. Şuşa yaxınlığında terror aktı Laçın dəhlizinin funksiyasını da şübhə altına alır. Bu terror aktı Laçın dəhlizində təhlükəsizlik strukturunun gücləndirilməsini və ya dəyişdirilməsini zəruri edə bilər ”.

Paylaş
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31