Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan Tovuz istiqamətindəki mövqelərimizi yenidən atəşə tutdu - RƏSMİ

Ermənistan Tovuz istiqamətindəki mövqelərimizi yenidən atəşə tutdu - RƏSMİ

18.11.2021 [15:38]

Ermənistan silahlı qüvvələrinin bölmələri  noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmuşdular.

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31