Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə ilə Rusiya arasındakı hərbi əməkdaşlıq yeni mərhələdə

Türkiyə ilə Rusiya arasındakı hərbi əməkdaşlıq yeni mərhələdə

19.11.2021 [10:08]

Rəcəb Tayyib Ərdoğandan sensasion açıqlama

2020-ci il Vətən müharibəsi regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, yeni siyasi mənzərə də formalaşdırdı. Bu gün Cənubi Qafqaz çoxtərəfli  əməkdaşlıq platforması üçün münbit bir regiona çevrilib. Daha doğrusu, illərlə fərqli qütblərdə təmsil olunan ölkələr yaranan yeni reallıqların fonunda əməkdaşlığın vacibliyini əyani şəkildə görür.

Bu münbit zəmini formalaşdıran güc Azərbaycandır. Prezident İlham Əliyevin illərdir ki, həyata keçirdiyi siyasi kurs Qərbli, Şərqli bütün dünyanı əməkdaşlıq ətrafında birləşməyə sövq edib. Bu bir həqiqətdir ki, Sovet İmperiyasının dağılmasının ardından fərqli inteqrasiya yolu tutmuş postsovet dövlətləri arasında balanslaşdırılmış xarici siyasətə üstünlük verən, bununla da bütün tərəflərlə yalnız milli maraqları çərçivəsində tərəfdaşlıq edən tək ölkə Azərbaycan olub. Bunun nəticəsi idi ki, MDB çərçivəsində keçmiş müttəfiq dövlətlərlə (işğalçı Ermənistanı çıxmaq şərtilə) mühüm iqtisadi-siyasi əlaqələr quran Azərbaycan, həm də Qərb təsisatları ilə yaxından əməkdaşlıq edirdi. Bunun nəticəsi idi ki, qonşu dövlətlərdə yaranan problemlər Bakıda müzakirə edilir, öz həllini tapırdı. Böyük güclər Bakını sanki neytral ərazi kimi danışıqlar üçün ən zəruri məkan sayırdılar. Bu, olduqca mühüm bir amildir.

Bu gün də eyni mənzərənin şahidiyik. 2021-ci ilin 15 iyun “Şuşa Bəyannaməsi” ilə rəsmi şəkildə strateji tərəfdaşımıza çevrilən qardaş Türkiyə artıq regionun siyasi həyatında aktiv rol almağa başlayıb. Nəinki illərlə, hətta tarixi daha qədimə gedib çıxan rəqabət - Türkiyə-Rusiya rəqabəti məhz Azərbaycanın üzərindən dostluğa, əməkdaşlığa çevrilir. Hətta vaxtilə fərqli hərbi bloklarda çıxış edən bu dövlətlər bu gün eyni məqsədə fokuslanıb: regionun təhlükəsizliyinin təmini üçün güclərin təmərküzləşməsinə diqqət kəsilib.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekunlarına dair mətbuat konfransında səsləndirdiyi fikirlər bütün bu deyilənləri təsdiqləyir. Türkiyə Prezidenti bildirib ki, “Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəlib”.

Verilən bu açıqlama özündə olduqca mühüm elementləri əks etdirir. Rusiya və Türkiyə 2017-ci ildə “S-400” zenit-raket komplekslərinin tədarükü üçün müqavilə imzalamışdı, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb. “S-400” zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin isə bu ilin sonuna qədər imzalanacağı bildirilirdi. Prezident Ərdoğanın bu çıxışı isə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törətməyə çalışan bəzi güclərə əsl soyuq duş effekti yaradır: artıq münasibətlər bu səviyyəyə qədər yüksəlib. Regionun aparıcı dövlətlərindən ikisi olduqca mühüm bir məqsədə diqqət yönəldib. Sirr deyil ki, Türkiyə Azərbaycanın, Rusiya isə Ermənistanın müttəfiqi sayılır. Rəsmi Moskva KTMT çərçivəsində rəsmi İrəvanla hərbi əməkdaşlığa malikdir. Rusiya-Türkiyə əməkdaşlığı isə regionda əsrlər boyu sürən rəqabəti, bəlkə də düşmənçiliyi sona yetirmək iqtidarındadır.

Bir sözlə, Cənubi Qafqaz özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələdə region ölkələri müdafiə məsələlərinin, hətta hərbi istehsalın təmərkülləşməsi, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi fikrindədir. Ortaya çıxan nəticə isə möhtəşəmdir - hərbi əməkdaşlıq iqtisadi inkişafın geniş vüsət almasına şərait yaradacaq. Bunun dividentlərini isə bütün tərəflər yaxın zamanda əyani şəkildə görəcəkdir.

Pərviz Sadayoğlu

 

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30