Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

23.11.2021 [16:29]

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək.

yeniazerbaycan.com xəbər verir ki, məlumatı Kreml yayıb.

Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşəcək.

Kremldən bildiriblər ki, liderlər Soçidə bölgədə dinc həyatın qurulması və sabitliyin gücləndirilməsi üzrə gələcək addımları müəyyənləşdirəcək.

 

Paylaş
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30