Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngəzur dəhlizi - Cənubi Qafqazın dünənindən sabahına gedən yol

Zəngəzur dəhlizi - Cənubi Qafqazın dünənindən sabahına gedən yol

30.11.2021 [12:51]

Bu kommunikasiya xətti Azərbaycanın milli, tarixi və gələcək maraqlarına cavab verir

44 günlük Vətən müharibəsində qazanılan qələbə ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, regionda yeni siyasi-iqtisadi reallıqlar yaratdı. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat Azərbaycanın qəti qələbəsini təsdiqləyən sənəd kimi tarixə düşdü. Bununla yanaşı, bəyanatın 9-cu bəndi və bu il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Sonuncu Soçi görüşündə də müzakirə predmetlərindən biri elə məhz kommunikasiyaların, ən əsası da Zəngəzur dəhlizinin açılması məsələsidir ki, bu, üçtərəfli yeni bəyanatda da öz əksini tapdı.

Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımız üçün olduqca əhəmiyyətlidir. Regionun inkişafı prosesində yeni mərhələ kimi qeyd edilən bu dəhlizin açılışı tarixi hadisədir. Bu ideya hələ Sovet İttifaqı dönəmində, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ortaya çıxmışdı. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu o dövrdə ermənilərin ciddi narazılığı ilə qarşılanmışdı. Ermənilər bu layihəni “türklərin Böyük Türk Birliyi layihəsinin icrasına zəmin hazırlamaq” məqsədi sayırdılar. Bəli, 2020-ci il noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Ulu Öndərimizin vəsiyyəti bir daha yerinə yetirilir. Prezident İlham Əliyev Şuşanın azad olunması kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir, Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır. Azərbaycanın milli inkişaf konsepsiyasının əsasını qoyan Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamçısı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını milli hədəfimiz kimi prioritet elan edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi regional əməkdaşlıq və ya yükdaşımalarla bağlı rəqabət üzərində qurulmur. Ölkə Prezidenti hələ aprel ayında müsahibəsində bildirmişdi ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Zəngəzur dəhlizi həm də Azərbaycanın gələcək maraqları üçün hədəfdir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev milli inkişafımızı məhz tarixi keçmişimizin, tarixi torpaqlarımızın ideoloji əsasları üzərində qurur. Bununla yanaşı, Dövlət başçımızın irəli sürdüyü bu milli hədəf heç də sərhədlərin yenidən cızılması kimi qiymətləndirilməməlidir. Azərbaycan regionda yaratdığı yeni reallıqlar əsasında Azərbaycan-Naxçıvan-Türkiyə xətti açmaqla dünyaya yeni tranzit yolu, logistika verir. Prezidentimiz bir neçə gün öncə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısındakı nitqində də bunun açıq konturlarını ifadə etdi: “Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Bəli, gələcək hədəflərimiz milli maraqlara söykənən siyasət müstəvisində qlobal əməkdaşlığa əsaslanır. Azərbaycan dövləti özünün yeni inkişaf mərhələsini yaradır və bu mərhələni uğurla inkişaf etdirir. Tarixi keçmişimizə əsaslanan strateji inkişaf yolumuz regionun gələcək inkişafının yol xəritəsinə çevrilir. Bu mənada, Zəngəzur dəhlizi Cənubi Qafqazın dünənindən sabahına gedən yol kimi də dəyərləndirilə bilər.

Pərviz Sadayoğlu

 

Paylaş
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31