Arzusu gözündə qalan Ermənistanda...
01.12.2021 [10:38]
Soçi görüşündən sonra siyasi gərginlik davam edir
P.İsmayılov
Noyabrın 26-da keçirilmiş Soçi görüşünün ardından Ermənistanda vəziyyət yenidən gərginləşib. Xatırladaq ki, hələ görüş öncəsi bu ölkə daxilində ciddi siyasi gərginlik hökm sürürdü, parlamentdə aparılan müzakirələr siyasi atmosferin ağır olduğunu göstərirdi. Erməni tərəfi bu görüşdə əsas müzakirə obyektinin “ATƏT-in Minsk qrupunun yenidən prosesə qaytarılması”, o cümlədən, “hərbi əsir” adlandırdıqları təxribatçı terrorçuların Ermənistana geri verilməsi məsələsinin olmasını arzulasa da, hər iki məsələ nəinki gündəmdə olmadı, hətta bəyanatda belə bir cümlə ilə özünə yer tapmadı. Hazırda aparılan müzakirələr isə Soçi görüşündən sonra Ermənistanda yeni siyasi konfrontasiyaların yarandığını göstərir. Yeri gəlmişkən, erməni deputat Tiqran Abramyan Soçidə imzalanmış Bəyannaməni “Ermənistan üçün yeni kapitulyasiya təhlükəsi” adlandırıb. Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan isə deyib ki, sənəddə Azərbaycanın bütün tələbləri yer alıb”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Soçi görüşü bir sıra nüanslarına görə özündən öncəki 11 yanvar görüşündən fərqləndi: “Budəfəki bəyanatda məsələlərin həlli ilə bağlı konkret yanaşma öz əksini tapdı. O ki qaldı Ermənistanın görüşün nəticələri ilə bağlı arzularına, bu arzuların reallaşmayacağı əvvəlcədən məlum idi. Millət vəkilinin fikrincə, Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupunun prosesə cəlb olunması və ya “hərbi əsirlər” kimi saxta mövzularla məsələni uzatmağa çalışır, daxili auditoriyanı sakitləşdirmək istəyir. Görüş öncəsi iki məsələ üzərində dayanılmışdı - sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin kommunikasiyaların bərpası. Ermənistan siyasi rəhbərliyi isə anlayırdı ki, hər iki məsələdə Azərbaycanın irəli sürdüyü şərtlər həyata keçəcək. Belə də oldu. Bəyanatda həm kommunikasiya məsələsi, həm də sərhədlərin delimitasiyası və demarkasiya ilə bağlı komissiyanın yaradılması öz əksini tapdı”.
V.İskəndərov bildirib ki, ATƏT-in Minsk qrupunun prosesə qayıtması aktual deyil. Hazırkı üçtərəfli format daha çevik və effektiv görünür. “Bundan başqa, Soçidə öz nitqində “hərbi əsirlər” məsələsindən bəhs açan Paşinyan da bilirdi ki, yekun Bəyanatda bununla bağlı hər hansı bir müddəa öz əksini tapmayacaq. Bununla belə, Paşinyan həm də müxalifəti zərərsizləşdirmək üçün bunları demək məcburiyyətində idi”, - deyən V.İskəndərov onu da əlavə edib ki, İrəvanda yenidən etiraz aksiyalarının genişlənəcəyi gözlənilir.
Politoloq İlqar Vəlizadənin fikrincə, Ermənistan cəmiyyəti hələ də proseslərlə bağlı tam məlumatlandırılmayıb. Əlbəttə ki, bunda Paşinyan günahkardır. Təbii ki, o da tərəddüd edir, hətta qorxur ki, prosesləri olduğu kimi açıqlasa, insanlar hakimiyyətə qarşı çıxacaqlar: “Amma insanlar reallığı görəndə qəzəblənirlər. Düşünürəm ki, Ermənistanda cəmiyyət ilə hakimiyyət arasında dialoq yoxdur. İstər Ermənistan müxalifəti, istərsə də cəmiyyəti üçtərəfli formatda keçirilən görüşlərdə arzuladıqları mövzuların müzakirə edilmədiyini anlamalı, qəbul etməlidir. Bu görüş ATƏT-in Minsk qrupunun yenidən prosesə qayıtmasının müzakirəsi yeri deyil. Qeyd edim ki, üçtərəfli format prosesin tənzimlənməsi üçün daha məhsuldardır. Burada konkret məsələlər müzakirə olunur. Təbii ki, Ermənistan Minsk qrupu dedikdə Fransanı axtarır, amma burada Fransaya yer yoxdur. Çünki 10 noyabr Bəyanatının imzalanmasında Fransa iştirak etməyib”.
Politoloqun fikrincə, dekabrda baş tutacaq Brüssel görüşündə bir amil mütləq nəzərə alınmalıdır: “Aİ postmünaqişə dövründə prosesdə iştirak etmək istəyirsə, regiondakı oyun qaydalarına riayət etməlidir. Onlar Ermənistana təsir göstərməli və mina xəritələrinin Azərbaycana verilməsini təmin etməlidirlər”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

