Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Lissabon sammiti: Azərbaycanın diplomatik qələbələrinin başlanğıcı

Lissabon sammiti: Azərbaycanın diplomatik qələbələrinin başlanğıcı

03.12.2021 [23:28]

Levon Ter-Petrosyan: Diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu

Nurlan QƏLƏNDƏRLİ

Azərbaycanın tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin etməsinin əsasında duran mühüm amillərdən biri uğurlu diplomatiyanın həyata keçirilməsidir. Doğrudur, Azərbaycan Ordusu 44 günlük müharibədə - döyüş meydanında işğalçıları darmadağın edərək - əzici məğlubiyyətə  uğradaraq torpaqlarımızı azad etdi. Amma ayrıca qeyd etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bütün cəbhələrdə, o cümlədən diplomatiya müstəvisində məqsədyönlü fəaliyyətin nəticəsidir. Uğurlu xarici siyasət kursunun, dərin strateji diplomatiyanın həyata keçirilməsi, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırması, müttəfiqlərinin sayının artması və digər bu kimi amillər Azərbaycanın daha da güclənməsini, öz ərazi bütövlüyünü - tarixi ədaləti bərpa etməsini mümkün edib. Bu işdə beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının müstəsna yeri və rolu var. İstər Ümummilli Lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olublar ki, bu da ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib.  Bu baxımdan, 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində Azərbaycanın mühüm nailiyyətini xüsusi vurğulamaq gərəkdir.  Ekspertlər haqlı olaraq Lissabon sammitini diplomatik qələbələrin başlanğıcı kimi dəyərləndirirlər. Bu baxımdan, bir neçə məqama xüsusi diqqət yetirmək məqsədəmüvafiq olar.

Bəhs olunan zirvə görüşündə çıxış edən Ümummilli Lider Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini kəskin pisləmiş, bu ölkənin əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı öz əlinə keçirmək məqsədi ilə respublikamıza qarşı təcavüz etdiyini, bunun nəticəsində Azərbaycan ərazisinin iyirmi faizinin işğal olunduğunu qətiyyətlə vurğulamışdı: “Bizim vətəndaşlarımızın iyirmi min nəfərdən çoxu öldürülmüş, yüz min nəfərdən çoxu yaralanmış və ya əlil olmuş, altı min nəfəri əsir düşmüşdür. Bir milyondan çox azərbaycanlı, yəni ölkəmizin əhalisinin təqribən on beş faizi qaçqına çevrilmişdir. Dörd ildir ki, onlar qışı çadır şəhərciklərində dözülməz şəraitdə keçirməli olurlar. İşğal olunmuş ərazilərdə 700-ə qədər şəhər və kənd, habelə xəstəxana, məktəb, yaşayış evi, Azərbaycan xalqının tarix və mədəniyyət abidələri dağıdılmış, yandırılmış, talan edilmişdir”.

 Lissabon sammitinin yekun sənədində münaqişənin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə edilmiş, ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət Ermənistan olmuşdu. Yəni Ermənistan konsensus prinsipindən sui-istifadə edərək zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan birinə - münaqişənin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddəyə veto qoymuşdu. Ulu Öndər Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bəyan etmişdi. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edilmişdi. Bəyanatda deyilirdi: “Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər”. Burada münaqişənin həlli məsələsi ilə əlaqədar Azərbaycanın milli mənafelərinə uyğun məsələlər və ölkəmizin ərazi bütövlüyünə qətiyyətli dəstək öz əksini tapmışdı. Ulu Öndər sammitdən sonra bəyanatla çıxış edərək vurğulamışdı ki, sədrin bu bəyanatı Ermənistandan savayı, bütün sammit iştirakçılarının - ATƏT üzvlərinin iradəsinin ifadəsi olmuşdur: “... Biz ondan razıyıq ki, Flavio Kottinin bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri adından verilmişdir”.

Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi iradəsini, diplomatik gücünü bütün dünyaya, o cümlədən işğalçı Ermənistana göstərmişdi. Hətta o zaman işğalçı ölkənin prezidenti olan Levon Ter-Petrosyan Lissabon sammitinin nəticələrindən bəhs edərkən bu zirvə görüşünü Azərbaycanın diplomatik nailiyyəti və üstünlüyü kimi xarakterizə etmişdi. O, “diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu”,- deyə vurğulamışdı. Həmin L.Ter-Petrosyan bu gün Azərbaycanın tarixi ?ələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi və yeni reallıqlar yaratması fonunda növbəti gerçəkliyi diqqətə çatdıraraq “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, -deyə bildirir!

 

 

Paylaş
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31