Paşinyanın “Qərb yolu” Ermənistanı haraya aparır?
07.12.2021 [10:14]
Pərviz Sadayoğlu
Artıq bir müddətdir ki, anti-Rusiya əhvalının artdığı Ermənistanda bütün kartlar açılır. Noyabrın 26-da keçirilən Soçi görüşünə qədər Baş nazir Nikol Paşinyan yalnız müxalifətin bəzi kəsiminin anti-Rusiya meyilindən danışırdısa, artıq hakimiyyətin də mövqeyinin nədən ibarət olduğunu ortaya qoyur. Ermənistanın “Past” qəzetinin məlumatına görə, Nikol Paşinyan parlamentdə təmsil olunmayan siyasi qüvvələrin təmsilçiləri ilə görüşündə bəzi siyasi qüvvələrdən “Qərbə inteqrasiya” məsələsində dəstək istəyib.
Kartlar açılır: Baş nazir niyyətini aydın ifadə edir
Hələ 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində Rusiyaya qarşı aqressiv münasibət formalaşmışdı. Həmin dövrdə Ermənistan hakimiyyəti özünü Rusiyanı “xəyanət”də günahlandıran erməni cəmiyyətinin emosiyalarını cilovlamağa hazır, bunun qarşısının alınması istiqamətində addımlar atırmış kimi göstərməyə çalışsa da, prosesin tam əksinə inkişaf etməsi sirr deyildi. Bu, Paşinyana qarşı loyal olan müxalifətin belə küçələrdə “Moskvaya yox” şüarlarından da açıq şəkildə görünürdü. Beləliklə, Ermənistanın siyasi mühiti öz gələcəyini illərdir ki, qanadı altına sığınaraq yaşadığı Rusiya ilə deyil, öz dövlət imicini zərbə altına qoyaraq Ermənistanı “dəstəkləyən” Fransanın timsalında Qərbə bağladığını göstərdi.
Rəsmi İrəvanın ziyanı qazancından daha artıq olacaq
Ermənistanın Qərbə sığınmağının yeganə səbəbi və ya istiqaməti Fransa deyil. Hələ hakimiyyətə gəldiyi dövrdən bu günə kimi “sorosun adamı” damğasından qurtula bilməyən Paşinyanın “demokratiya sammiti”nə dəvət alması da təsadüf sayıla bilməz. Bu dəvət həm də rəsmi Vaşinqtonun Kremlə mesajıdır. Soçi görüşü zamanı yenidən ATƏT-in ölü Minsk qrupunu xortlatmaq niyyəti Paşinyanın istəyini ortaya qoyurdu: erməni Baş nazir Fransanı, ABŞ-ı yenidən prosesə cəlb, onları bu regional problemin həllində vasitəçi etməyə çalışır. Bunun qarşılığında Paşinyana verilən “vəd” isə bəllidir: ən azından vaxt udacaq. Amma görünən budur ki, rəsmi İrəvanın ziyanı qazancından daha artıq olacaq.
Moskvanın cavabı necə olacaq?
Təbii ki, rəsmi Moskva Ermənistanın bu açıq mövqe dəyişikliyinə susqun qalmaq niyyətində deyil. Bu mənada, “Qərbə doğru” yol almış Paşinyanın büdrəməsi an məsələsidir. Soçi görüşündən sonra baş verən bəzi məsələlər bunu təsdiqləyir. Qeyd edək ki, bir sıra məsələlərin Brüsseldə reallaşacağını düşünən Ermənistan bu yolla Qərbin prosesdəki fəaliyyəti haqda təbliğat aparmağı planlaşdırırdı. Amma elə erməni ekspertlər Brüssel danışıqlarının Paşinyanın bu istiqamətdə niyyətini gerçəkləşdirmək üçün əlverişli vasitə olacağını düşünmürlər. Analitiklərin qənaətinə əsasən, hadisələrin gedişi yaxın zamanda Rusiyanın daha kəskin addımlar atacağını deməyə də əsas verir...
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

