Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sevincin “Fəryad”dakı yuxuları

Sevincin “Fəryad”dakı yuxuları

10.12.2021 [11:37]

Xorencan... Xorencan... Xorencan...

I Yuxu: Danışır, amma başı yoxdur...

II Yuxu: Qucaqlamaq istəyir, amma əlləri yoxdur.

III Yuxu: Hər şeyi var, təkcə...

Sevinc Osmanqızı yenə də çıxıb öz kanalına, başını əsdirə-əsdirə ah-vay eləyib: “Kaş, kaş, kaş... Paşinyan bizim prezidentimiz olaydı”.

Onun bu son videosundakı isterik halı “Fəryad” filmindəki erməni qadınlarının həşirini xatırladır. Xüsusən də, Xorenin arvadı Arşalyusu. Bəs Sevinclə Arşalyusu bir-birinə bənzədən nədir? Hər ikisinin erməniyə sevgisi, həsrəti. Məsələn, Arşalyusun 1-ci yuxusunu xatırlayaq. O, deyir: “Bu gecə yuxuda yenə Xoreni görmüşəm. Nədənsə başsız idi. Ax, Xorencan. Deyirəm, Xorencan, səni öldürüblər, nədi? ... O isə yox, ancaq başım yoxdur... Sonra da pis sözlərlə söyməyə başladı”. Sonra ekranda Xorenin başsız bədəni görünür. Başsız Xoren bağırır: “Qarabağ, dərdim mənim!”

Sevinc də eyni yuxunu görmüş kimidir. Hətta sanki Sevincin son halı Arşalyusun yuxularının yozumudur. Təsəvvür edin ki, Sevinc də eyni yuxunu danışır: “Bu gecə yenə də Paşinyanı yuxuda görmüşəm. Nədənsə başsız idi. Ah, Paşikcan, vaah... Dedim, Paşikcan, səni öldürüblər, nədi?... Dedi, yox, ancaq başım yoxdur. Sonra da başı olmaya-olmaya, qışqırmağa başladı: “Zəngəzur, dərdim mənim!” 

Arşalyusun ikinci yuxusunu xatırlayaq: “Bu gecə Xoren yenə mənim yuxuma girmişdi. Yazıq məni qucaqlamaq istəyirdi. Amma əlləri yox idi. Mən ağlaya-ağlaya deyirəm ki, Xoren, səni öldürüblər, nədi? O isə qışqırırdı: “Yox! Yaxşısı budur, de görüm, məni nə vaxt bu azərbaycanlı ilə dəyişəcəksiniz?”

Sonra da ekranda qolları olmayan Xoren başını bağlı qapıya vurur: “Qarabağ, dərdim mənim!”

Sevinc də eyni yuxunu görmürmü? Yazıq Paşinyanın okeanın o tayına çatan əlləri yoxdur, onu qucaqlaya bilmir, başını öz səhvləri ucbatından qarşısındakı bütün sivil dünyaya bağlanmış qapıya vura-vura çırpınır: “Zəngəzur, dərdim mənim!”

“Fəryad” filmi, ümumiyyətlə, dahiyanə düşünülüb. Xocalının, Şuşanın, Laçının alınmasından xoşbəxt olub oynayan ermənilər, buna sevinib, süfrənin başında oturdulan, erməniləri qələbə münasibətilə təbrik edən, özü də divardan asılmış şəkildəki Xorenə oxşayan Styopa... Çox təəssüf ki, bu erməni və ermənipərəst obrazların hər birinin azərbaycanlı prototipləri də var və onlar da torpaqlarımız işğaldaykən necə rahat idilərsə, indi onların işğaldan azad edilməsinə ən azı ermənilər kimi kədərlənir, həşir salır, isterikaya düşürlər.

Arşalyusun üçüncü yuxusu isə şedevrdir. O, olduqca kədərli və çarəsiz halıyla erməni zabitinin diqqətini çəkir. Zabit soruşur: “Arşalyus, sən yenə yuxu görübsən?” Və Arşalyus danışır: “Bu gecə yenə də Xoreni yuxuda görmüşəm. Görürəm, başı yerindədir, əlləri yerindədir, dayanıb əyri ayaqlarının üstündə. Gözü, burnu, qulaqları, hər şeyi yerindədir. Təkcə...” Zabit köksünü ötürür: “Bədbəxt Arşalyus”.

Bu vaxt ekranda yenə Xoreni görürük. Gecə köynəyində, qarda, dəmir çarpayıda oturmuş Xoren bağırır: “Qarabağ, dərdim mənim!”

Sevincin son videosu da elə Arşalyusun son yuxusu qədər şedevrdir. Psevdomüxalifliyin, qondarma azərbaycanlılığın, “Kaş, kaş... Paşinyan bizim prezidentimiz olaydı” sözləri ilə əsl simanın, həqiqi mahiyyətin üzə çıxmasının şedevri. Kim deyə bilər ki, onun bu videodakı pəjmürdə halı ermənilərin diqqətini çəkməyib və onlar da erməni zabiti Arşalyusa təskinlik verən kimi ona təskinlik verməyiblər: “Bədbəxt Sevincyus...”

Halbuki bu dəqiqə Paşinyanın özü bəlkə də hər gecə yuxusunda sadə bir azərbaycanlı kimi doğulmadığı üçün sızıldayır, gecə köynəyində, qarın içində, dəmir çarpayıda çarəsizcə ağlayır ki... “Zəngəzur, dərdim mənim...”.

Sevinc Osmanqızı isə hələ də yuxuya gedir, ya da yuxuya verir.

Cavi Dan

 


Paylaş
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31