Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ukrayna cəbhəsində geosiyasi üfüqlər aydınlaşır

Ukrayna cəbhəsində geosiyasi üfüqlər aydınlaşır

28.01.2022 [23:07]

Nurlan QƏLƏNDƏRLİ

ABŞ ilə Rusiya arasında Ukrayna gərginliyi davam edir. Tərəflərin verdiyi açıqlamaların geostrateji şifrələri hərbi toqquşma ehtimalını azaltsa da, açıq qalan və sual doğuran məsələlər də var: Rusiya nə üçün sərhədlərə çoxlu sayda canlı qüvvə, hərbi texnika cəmləşdirir, yaxud niyə təlimlərə başlayıb? Moskva müharibə məşqi edir, bu, savaş ssenarisinin tərkib hissəsidir, yoxsa siyasi blef, yaxud əzələ nümayişi? Digər tərəfdən, ABŞ, NATO və Ukraynanın hərbi dairələri nə üçün müharibə məsələsində fevralı işarə edirlər? Bu, kəşfiyyat məhsuludur, yoxsa psixoloji müharibə və ya siyasi manipulyasiya?!

Hərbi müdaxilə olacaqmı?

Hələ də tam cavablandırılmamış bu suallara rəğmən, son günlər cərəyan edən proseslər fonunda geosiyasi üfüqlər aydınlaşır. Artıq tərəflər masa üzərində strateji kartlarını aydın nümayiş etdirməyə başlayıblar. Bir müddət öncə ciddi müzakirə predmetinə çevrilən “Rusiya Ukraynaya hərbi müdaxilə edəcəkmi, müdaxilə olarsa, ABŞ və NATO hansı addımı atacaq” sualına birmənalı olmasa da, cavab vermək mümkündür. Tərəflərin açıqlamaları göstərir ki, hərbi müdaxilə və ya qarşıdurma ehtimalı olduqca zəifdir, hətta gündəmdən, demək olar ki, çıxarılıb. İndi, sadəcə informasiya savaşı, psixoloji müharibə şiddətlənib, bununla yanaşı dialoq və konsensusa meyillilik də müşahidə olunur.

Konsensus mümkündürmü?

Xüsusilə də, Ağ Evin Kremlə cavab məktubu göndərməsi müəyyən məsələlərdə kompromisə zəmin yaradır. Doğrudur, Vaşinqton Moskvaya iki prinsipial məsələdə “yox” - rədd cavabı verib. Belə ki, ABŞ və müttəfiqləri NATO-nun genişlənməsi məsələsini Rusiya ilə müzakirə etmək niyyətində olmadıqlarını ifadə ediblər. Tezis budur ki, hər bir ölkənin özünün seçimi - strateji kursu var, NATO isə müttəfiqlik etmək istəyən qüvvələrə “yox” cavabı vermək niyyətində deyil. İkincisi, Şimali Atlantika Alyansı Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyi düşünmür. Bu iki prinsipial məsələdə mövqelər üst-üstə düşməsə də, silahlara nəzarət, şəffaflıq və risklərin azaldılması ilə əlaqədar mövzularda müzakirə aparıla biləcəyi bildirilir. Hər halda, uzlaşma və anlaşma üçün real zəmin, geosiyasi iradə olmasa da, dialoq təşəbbüsləri hərbi müdaxilə ssenarisini müəyyən dövr üçün arxa plana keçirir.

Gürcüstan ssenarisi təkrarlana bilərmi?

Ekspertlərin üzərində durduqları məsələlərdən biri Kiyev üçün qeyri-müəyyən situasiyanın hökm sürməsidir. Ukrayna tərəfindən verilən son açıqlamalar göstərir ki, Kiyevin qarşıdakı dövrdə ABŞ və Avropadan yetərli dəstək alıb-almayacağına dair ciddi tərəddüdləri var. Hətta Gürcüstan ssenarisinin təkrar oluna - Qərbin loyallığı fonunda Ukraynanın Rusiya qarşısında meydanda tək qala biləcəyi istisna edilmir. Son olaraq ABŞ və NATO-nun Ukraynaya silah göndərmək planının olmaması barədə açıqlamalar Kiyevi daha həssas və ehtiyatlı davranmağa vadar edir. Doğrudur, bu, Moskvanın siyasi nəbzini yoxlamaq cəhdi kimi görünsə də, hər halda, Birləşmiş Ştatların mövqeyində müəyyən yumşalma, yaxud geri çəkilmə əlamətləri də var. Bəzi ekspertlər isə ABŞ-ın müttəfiqləri ilə siyasi məsləhətləşmə aparmadan Ukrayna, Qazaxıstan və Suriya məsələsində Rusiya ilə gizli danışıqlara getməsindən bəhs edirlər. İddia olunur ki, Vaşinqton bu 3 cəbhədə Moskvaya güzəşt etməklə başqa geosiyasi məsələlərdə üstünlük qazanmağa çalışır. Belə iddialar isə Kiyevin siyasi həyəcanını artırmaqdadır. 

ABŞ və Avropa İttifaqı əks mövqelərdə...

Paralel olaraq Ukrayna məsələsində həm NATO daxilində müəyyən fikir ayrılıqları var, həm də ABŞ ilə Almaniya və Fransa arasında ziddiyyətlər dərinləşir. Berlin və Paris xüsusilə enerji təhlükəsizliyi məsələsində Moskvanın təzyiqlərindən qorunmaq - sığortalanmaq üçün Kreml ilə siyasi qarşıdurmaya getmək istəmirlər.

Digər tərəfdən, nəzərə alınır ki, Rusiyaya maliyyə-iqtisadi sistemin çökdürülməsi və enerji məsələsində sanksiya tətbiq olunması daha çox Avropaya zərər verəcək. Bununla yanaşı, Moskva artıq sanksiya immuniteti qazanıb - Rusiyanın dövlət orqanizmində iqtisadi və siyasi antitellər formalaşıb. Ona görə də ənənəvi sanksiya siyasəti ciddi effekt verməyəcək. 

Nəticə etibarilə, müəyyən məsələlərdə geosiyasi dialoq təşəbbüsləri, konsensus cəhdləri, kompromis istəyi gərginliyin növbəti fazaya keçməsinin qarşısını alır. Beləliklə, Ukrayna düyünü açılmasa da, hərbi qarşıdurma ehtimalı minimumdur.

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31