Ukrayna böhranı Ankarada müzakirə olunacaq
10.02.2022 [22:44]
Rusiya Prezidentinin Türkiyə səfərindən nə gözlənilir?
Pərviz SADAYOĞLU
Rusiya Prezidenti Vladimir Putin fevralın 14-də Türkiyəyə səfər edəcək. Bu barədə RİA “Novosti” diplomatik mənbəyə istinadən xəbər yayıb. Bundan öncə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfər tarixinin dəqiqləşmədiyini söyləmişdi. O bildirmişdi ki, Rusiya Prezidentinin Türkiyəyə səfəri Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşır. Peskov əlavə etmişdi ki, epidemioloji vəziyyət və iş qrafiki imkan verən kimi Putinin Türkiyə səfəri gerçəkləşəcək.
Səfər əsnasında hansı məsələlərin müzakirə olunacağı bildirilməsə də, gündəmin Ukrayna böhranı olacağı ehtimal edilir. Bəlli olduğu kimi, bir müddət öncə Türkiyə Prezidentinin Kiyevə səfəri baş tutmuşdu. Səfər çərçivəsində R.T.Ərdoğan Ukrayna Prezidenti Zelenski ilə görüşərək son proseslərlə bağlı fikir mübadiləsi aparmışdı. R.T.Ərdoğan Rusiya ilə Ukrayna arasındakı problemlərin danışıqlar yolu ilə həlli istiqamətində səy göstərəcəyini bildirmişdi. V.Putinin fevralın 14-də Türkiyəyə gəlişi isə müsbət nüansların olduğundan xəbər verir. Ekspertlər ehtimal edirlər ki, Kiyevdən müəyyən konstruktiv təkliflərlə qayıdan Ərdoğanın Putinə təqdim edəcəyi həll yolları mövcuddur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, son dövrlərdə Avropanın bəzi ölkələri tərəfindən Ukrayna probleminin tənzimlənməsi ilə bağlı dialoq çağırışları səsləndirilsə də, konkret həll yolları göstərilmir. Kreml isə ABŞ-ın NATO-dakı müttəfiqi olan Avropa ölkələrinin çağırışlarına isti yanaşmır: “Hətta Fransa Prezidenti Makronla görüşdə Rusiya dövlət başçısının səsləndirdiyi fikirlər kəskin idi. Bütün bunların fonunda reallaşacaq səfər ondan xəbər verir ki, Rusiya Türkiyəyə daha çox inanır, bu məsələdə birtərəfli mövqe tutmayacağına əmindir. Düzdür, Türkiyə də NATO ölkəsidir. Amma rəsmi Ankaranın Rusiya ilə də mühüm tərəfdaşlıq əlaqələri mövcuddur. Bu gün Cənubi Qafqazda formalaşan yeni iqtisadi-siyasi reallıqlar çərçivəsində iki dövlət əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirirlər. Digər tərəfdən, bu fakt bir daha Türkiyənin regional güc mərkəzi kimi nüfuzundan xəbər verməkdədir”.
Millət vəkili qeyd edib ki, Rusiyanın Avropa dövlətlərinin dialoq çağırışlarına əhəmiyyət verməməsinin obyektiv səbəbləri var. Avropa təşkilatlarının Ukrayna böhranına çarə tapması ehtimalı da çox aşağıdır: “Digər tərəfdən, son günlərə qədər Rusiya ilə ultimatum dilində danışanların birdən-birə dialoq çağırışları etməsi səmimi görünməyə bilər. Ən əsası isə, Türkiyənin Ukraynaya təsir imkanları digər dövlətlərdən daha çoxdur. Rusiya bu nüansı da dəyərləndirməkdədir. 2020-ci ildə Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etdi. Sonrakı mərhələdəki danışıqlar prosesində Rusiya və Türkiyənin rolu hər kəsə bəllidir. Yəni Türkiyənin bu dəfə də uğurlu şəkildə orbitr rolunu oynayacağına ümid böyükdür. İnanıram ki, Türkiyə regional güc mərkəzi kimi Ukrayna ilə Rusiya arasında kompromisin tapılmasında əhəmiyyətli rol oynayacaq”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

