Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan KTMT-dən çıxır?

Ermənistan KTMT-dən çıxır?

16.04.2022 [10:47]

Rəsmi İrəvan keçmiş müttəfiqdən uzaqlaşmaq yolunu axtarır

Nicat DİLQƏMLİ

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin ardından öz məğlubiyyətinə “səbəb axtaran” Ermənistanın hədəflərindən biri müttəfiqi Rusiya və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) oldu.  Ermənistan müxalifətinin qərbyönümlü qolu, hətta Rusiya ilə əlaqələrin tam kəsilməsi ilə bağlı mitinqlər belə keçirdi. Sonradan proses zəifləsə də, son günlər yenidən bunun alovlandığını müşahidə etmək mümkündür. Rusiyanın Ukrayna ilə hərbi qarşıdurması, KTMT-nin öz aktuallığını itirməyə başlaması və ən əsası Ermənistan deputatlarının Azərbaycan sərhədindən Qarabağa buraxılmaması anti-Kreml çağırışlarını yenidən yüksəldib. Görünən budur ki, Ermənistan ictimaiyyəti də artıq müxalifətin bu arzularını dəstəkləməyə başlayıb. Hətta bəzi maraqlı dairələr müxtəlif strukturlar vasitəsilə ictimai rəyi Qərbin maraqlarına uyğun formalaşdırmağa çalışır.

Aparılan araşdırmaların nəticəsi də deyilənləri təsdiq edir. Bununla bağlı SOCIES Ekspert Mərkəzi Ermənistanda sorğu keçirib. Mərkəzin keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Erməni ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-yə səs verib.

Hazırkı geosiyasi vəziyyətdə Ermənistanın KTMT-dən çıxması, dolayısı ilə Rusiyaya arxa çevirməsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Ermənistan KTMT-ni tərk etməyəcək: “Çünki KTMT faktiki olaraq Rusiyanın partonajlığı altında yaranan və fəaliyyət göstərən qurumdur. KTMT-dən çıxmaq üçün də Rusiyanın razılığı alınmalıdır. Kremldən icazəsiz bunu etmək qeyri-mümkündür”.

Politoloq Ermənistanın hazırda KTMT ilə bağlı bəzi “planlar” müəyyənləşdirdiyini düşünür. Onun fikrincə, Ermənistan KTMT ilə yenə də alver etmək niyyətindədir. “Əsasən Ermənistanın qərbyönümlü müxalifətinin arzusu kimi meydana çıxan bu iddialar bəzi məqamlarda dövlət üçün də əlverişlidir. Düzdür, bu kimi hallar o qədər aşağı səviyyəli hərəkətlərdir ki, heç kim buna fikir vermir. Və rəsmi səviyyədə də heç kim məsələ qaldırmayıb. Bəllidir ki, hansısa siyasi dairənin nümayəndələri bu mövzu ilə siyasi spekulyasiya aparmaq istəyir. Rusiya özü də bu kimi iddiaları ciddi qəbul etmir. Nəzərə alınmalıdır ki, KTMT Ermənistanın Azərbaycana təsir göstərməsi üçün bir alət idi. Bunu hamı çox gözəl anlayır. Lakin hazırda nə KTMT, nə də digər amillər Azərbaycana təsir göstərmək gücündə deyil. Ən əsası isə yüksək səviyyəli Rusiya-Azərbaycan münasibətləri elə statusdadır ki, Ermənistan bu xətlə də hər hansı bir təsir imkanı qazanmaq iqtidarında deyil”, - deyə İ.Vəlizadə əlavə edib.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31