Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni lobbiçiliyində ziddiyyətlər: Stiven Kandaryandan Sevinc Osmanqızını kədərləndirən qərar

Erməni lobbiçiliyində ziddiyyətlər: Stiven Kandaryandan Sevinc Osmanqızını kədərləndirən qərar

16.04.2022 [09:45]

Srağagün Sevinc Osmanqızı xaricdən yayımladığı “youtube” kanalında özü dediyi kimi “xüsusi əhəmiyyəti” olan çağırışlar səsləndirib. Bu çağırışın məzmunu adi görünsə də, təlaş və həyəcanla müşayiət olunduğu nəzərdən qaçmadı.

Bəs bu təlaşın səbəbi, liberal dövlətdə məskunlaşıb, “demokratiyanın dadını çıxaran”, qəlbində anti-Azərbaycan ovqatı  yaşadan bu aparıcını özündən çıxaran nədir?

Araşdırmalardan məlum olur ki,  S.Osmanqızının Amerikadakı lüks şəraiti və  “TV”si təhlükədədir.

Bu təhlükə isə birbaşa maliyyə yardımı aldığı mənbədən qaynaqlanır.

Kimdir Sevinc Osmanqızını kədərləndirən? 

Son vaxtlar Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması ilə əlaqədar hazırlıq işlərinə start verildiyindən Ermənistan cəmiyyətində, eləcə də xarici ölkələrdəki erməni lobbilərində ikitirəlik  və ziddiyyətlər yaranıb.

Bu fikir ayrılıqlarının erməni lobbi üzvləri arasında az qala düşmənçilik toxumu səpdiyini də təsdiq edən səbərlər var.

Məsələn, Fransadakı erməni lobbisi ilə ABŞ-dakı lobbi üzvləri arasında dərin fikir müxtəlifliyi yaşandığı barədə xarici KİV-lərdə yetərincə informasiya var.

Xaosun iştirakçılarından biri də  ABŞ-dakı  erməni lobbisinin “boz kardinal”ı, erməni maraqlarına xidmət edən beynəlxalq fondların bir neçəsini maliyyələşdirən Stiven Kandaryandır. 

Məlumatlı mənbə sığorta və maliyyə menecmenti sahəsində dünyanın ən böyük transmilli korporasiyalarından biri olan MetLife-a rəhbərlik edən erməni milyarder Stiven Kandaryanın S.Osmanqızının Amerika “fəaliyyətində” “müstəsna” rol oynadığını bildirir.

Sərvəti 29 milyard dollarla qiymətləndirilən, dünyanın ən zəngin ermənisi Amerika hakimiyyətinin  yüksək dairələrindəki nüfuzundan istifadə edərək biznesinin inkişafını təmin etməklə yanaşı, həm də ABŞ-da fəaliyyət göstərən erməni lobbi qruplarına sponsorluq edir.

Adının erməni lobbisi ilə hallandırılmasını istəməyən Kandaryan haqqında mətbuatda məlumat çox azdır.

Hətta deyilənə görə o, mediada adının hallandırılmasına qadağa qoyub. Bununla da Kandaryan erməni ideyasına xidmət edən fəaliyyətini bir növ gizli saxladığına əmindir.

Amma son günlər erməni lobbiçiliyi daxilində baş verənlər Kandaryanın hansı sahəyə daha çox maliyyə yatırması ilə bağlı məsələləri üzə çıxarıb.

Mənbənin iddiasına görə, Ermənistan sülh sazişi ilə bağlı ortaya müəyyən rəsmi mövqe qoyduqdan sonra erməni lobbiləri arasında yaranmış ziddiyyətlər fonunda Kandaryan pullarının əbəs yerə xərcləndiyinin fərqinə varıb və o, S.Osmanqızına qeyri-leqal şəkildə ayırdığı maliyyə vəsaitini qayandırmağa qərar verib.

Sevinc Osmanqızının xüsusi əhəmiyyətli çağırışındakı  həyəcan da məhz bununla - Kandaryanın son qərarıyla bağlıdır.

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31