İsrail lideri Prezident İlham Əliyevi təbrik edib
03.06.2022 [20:51]
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə İsrail Dövləti və xalqı adından ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu şərəfli bayram günündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, sülh və firavanlıq arzulayıram.
Ötən həftə baş tutan səmimi və səmərəli söhbətimizdən çox sevindim. Bu cür təmaslar əlaqələrimizin sıx olduğunu və inkişaf etdiyini göstərir. Fürsətdən istifadə edərək, müzakirələrimizi davam etdirmək üçün Sizi rəsmi olaraq İsrailə səfərə dəvət etmək istərdim. Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyinizin açılması üçün də bir fürsət ola bilər.
Ölkələrimiz xalqlarımız arasında sıx əlaqələrə əsaslanan tarixi tellərə malikdir. Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur. Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir.
Müstəqillik Günü münasibətilə Sizə bir daha təbriklərimi çatdırıram. Xalqlarımızın qeyd edəcəkləri əlamətdar günlərin yaradacağı fürsətləri səbirsizliklə gözləyirəm".
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

