Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və İran qərarlıdır..

Azərbaycan və İran qərarlıdır..

06.07.2022 [10:14]

İki ölkə nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün qarşılıqlı əməkdaşlığı davam etdirir

Nardar BAYRAMLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 4-də İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində nazir ilk olaraq iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Görüşdə C.Bayramov  qısa zamanda ölkə prezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğunu vurğulayıb. Nazir ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30 faiz, 2022-ci ilin ilk yarısında isə 18 faiz artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.

Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regional əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib. Astarada dəmir yolu terminalının tikintisinin davam etdirilməsinin vacibliyi, eyni zamanda, Astaraçay üzərində körpünün tikintisinin də uğurla davam etdirildiyi qeyd olunub. Münaqişə sonrası mərhələdə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən C.Bayramov, İran şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb. Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian isə iki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir Hüseyn Əmir-Abdullahian, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Hüseyn Əmir-Abdullahian, eyni zamanda, İran tərəfinin “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icrasında qərarlı olduğunu ifadə edib.

Tərəflər, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın XİN başçısı İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə də görüşüb. Məhəmməd Baqer Qalibaf Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının yaradılmasında İranın hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Eyni zamanda, İran İslam Respublikasının Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlı olduğunu ifadə edib.

C.Bayramov isə qarşı tərəfə cari regional vəziyyət, postmünaqişə dövründə Azərbaycanın sülhün və sabitliyin bərqərar olması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə atdığı addımlar barədə məlumat verib. Eyni zamanda, İranla sərhəddə Azərbaycanın 132 kilometrlik sərhədinin işğaldan azad edilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Həmin gün  xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov isə iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. C.Bayramov, iki ölkə prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib. Azərbaycanın XİN başçısı eləcə də, iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu baxımdan,  Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə bölgədəki cari vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu qeyd edilib.

Ölkəmizin xarici işlər nazirinin İrana rəsmi səfərini şərh edən Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Eldar İbrahimov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-İran münasibətlərinin inkişafı bütövlükdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəmlidir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi rol oynayır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda İran Prezidenti Seyid İbrahim Rəisi ilə keçirdiyi görüş də əhəmiyyətlidir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın XİN başçısının qonşu ölkəyə rəsmi səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər iki dövlət arasında  əlaqələrin inkişaf yolunda olduğunu bir daha təsdiqləyir: “Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir. Qeyd edim ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da məmnunluq doğurur. Həm İranda, həm də Azərbaycanda keçirilən biznes forumları, konfranslar, sərgilər və bu qəbildən olan digər tədbirlər də iki ölkənin iqtisadi potensialını təqdim etmək baxımından önəmlidir. Eləcə də, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir. Bütün bunlar iki dövlət arasında iqtisadi əlaqələrin güclənməsindən xəbər verir. Bilirsiniz ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ölkələrimiz üçün çox faydalıdır”. İki ölkə arasında dəmir yolu nəqliyyatının birləşdirilməsinin də nəzərdə tutulduğunu deyən E.İbrahimovun sözlərinə görə, bu layihələrin reallaşması təkcə iki dövlətin deyil, bütövlükdə region ölkələrinin iqtisadi inkişafında mühüm rol oynayacaq. Bütün bunlar isə Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu və mövqeyini daha da gücləndirir.

Paylaş:
Baxılıb: 128 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31