Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Böyük Qayıdışın başlandığı şərəfli yol

Böyük Qayıdışın başlandığı şərəfli yol

20.07.2022 [10:20]

Zəngilanın dünəni və bu günü

Nicat PAŞA

İllərdir həsrətini çəkdiyimiz Zəngilan işğal edilən sonuncu rayondur. 1988-ci ildən 1993-cü ilin noyabr ayınadək düşmənə baş əyməyən, yüzlərlə şəhid verən Zəngilan 1993-cü ilin oktyabr ayının 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb.

Qubadlı və Cəbrayılın işğal edilməsindən sonra mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə tarix səhifələrinə ikinci bir Xocalı faciəsi yazılmış olardı.

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir.

Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Zəngilan rayonu Avropada ən çox çinar meşəsinə sahib olan rayon idi. Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılmışdır.

Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan və diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 2 şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunurdu. Həmçinin ərazidə meşə gilası, Zəngilan gəvəni, dağdağan, ağac gəndalaş, meşə üzümü, “xarı bülbül”, səhləbin bir necə növü, Qarabağ dağlaləsi və sağsağan gülxətmisi kimi nadir bitkilər geniş yayılmışdı.

Rayonda 107 hektar sahəsi olan Avropada 1-ci Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yesentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var idi.

Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirmiş, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olmuş, çayın öz-özünü təmizləmə prosesi dayanmışdır.

İşğal altında olan müddətdə burada da düşmən qəddarlığı özünü göstərməyə bilməzdi. Onlar həmin yaşıllıq ərazilərini məhv edərək, ağacları, xüsusilə məşhur çinarları kəsərək xarici ölkələrə satırdılar. Bununla yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir çox digər faktları da qeydə alıb. Belə ki, Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb, Ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırıblar, Daş-başı və Leşkar meşələrində də yanğın törədilmiş, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınıb. Həmin illər ərzində əldə edilmiş video çəkilişlərdən rayonun Alıbəyli kəndində həmişəyaşıl çoxillik ağacların qırıldığı, həyətyanı sahələrdə minlərlə meyvə ağaclarının yalnız kötükləri və cavan pöhrələrinin qaldığı, çoxillik qiymətli qoz, çinar və gəvən ağaclarının kəsildiyi, yol ətrafında ayland ağaclarının təbii meşələrinin və böyürtkən kolluqlarının əmələ gəldiyi görünürdü.

Bu gün isə hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandanın apardığı yüksək nəticələrə hədəflənmiş siyasətinin nəticəsini görməkdədir. Xalq-iqtidar-ordu birliyi nəticəsində oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi.

Qələbə xəbərindən az bir müddət keçdikdən sonra isə Zəngilan rayonunun yenidən qurulmasına başlanıldı. Ölkə başçımızın Zəngilana, eyni zamanda, bütün digər işğaldan azad edilmiş ərazilərə səfəri, görülən işlərlə yerindəcə tanış olması hər bir Azərbaycan vətəndaşını qürurlandırır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna səfəri də olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, bu il mayın 26-da baş tutan səfər zamanı dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər, Zəngilan Beynəlxalq Hava Limanı və Zəngilan məscidinin tikinti işləri ilə, intensiv meyvə bağı ilə tanış olublar.

2021-ci il oktyabrın 26-da Zəngilan daha bir mühüm hadisəyə şahidlik edib. Belə ki, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar. 

2021-ci il aprel ayının 26-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulan “Ağıllı kənd” layihəsinin bu qədər qısa vaxt ərzində həyata keçirilməsini görmək hər bir vətəndaşı qürurlandırır, sevindirir. Bu gün Zəngilan sakinlərini qarşılayır.

Zəngilan üçün yeni bir tarix başlayıb - dirçəliş tarixi. Dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə yüksək səviyyəli abadlıq-quruculuq işləri görülür və dünən Böyük Qayıdışa ilk addım atılıb. Bu ilk addımla Zəngilan Böyük Qayıdışın başlandığı şərəfli bir yoldur.

Paylaş:
Baxılıb: 128 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31