Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Filip Rikerin Cənubi Qafqaz regionuna səfəri...

Filip Rikerin Cənubi Qafqaz regionuna səfəri...

10.09.2022 [10:09]

ABŞ sülh prosesinə hansı töhfələri verəcək?

“Rəsmi Vaşinqton regionda yeni geosisasi reallıqları qəbul edən tərəfdir”

P.İSMAYILOV

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker Cənubi Qafqaz regionunda səfərdədir. Sentyabrın 8-10-da Ermənistanda olacaq Riker daha sonra Azərbaycana və Gürcüstana da səfər edəcək. Bu, Rikerin Cənubi Qafqaza yeni postunda ilk səfəridir.

ABŞ Dövlət Departamentinin rəsmisinin hər üç ölkədə regiondakı əsas məsələlər, o cümlədən həll edilməmiş problemlərlə bağlı müzakirələr aparacağı gözlənilir. Bildirilir ki, gələcək regional əməkdaşlıq üçün tərəfdaşlara kömək etməklə bağlı yollar axtarılacaq. Eyni zamanda, Riker birbaşa və konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksəkvəzifəli şəxslərlə görüşəcək.

Qlobal proseslərin aktivləşdiyi bir dövrdə ABŞ-ın Cənubi Qafqaza xüsusi diqqət ayırması isə səbəbsiz deyil. Brüssel formatı ilə yaxından maraqlanan rəsmi Vaşinqton bu və ya digər şəkildə prosesdən uzaq düşmək istəmir. Bu mənada,  ABŞ aktivliyini bir az da artırır.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-ın Cənubi Qafqaz üzrə təyin olunmuş yeni nümayəndəsi Filip Riker regiona səfəri çərçivəsində bölgənin spesifikası ilə tanış olmaq imkanı əldə edəcək. Bu görüşlərdə regional problemlər müzakirə ediləcək. Politoloq vurğulayıb ki, Rikerin timsalında ABŞ-ın sülh quruculuğuna töhfə vermək üçün yaxşı imkanları mövcuddur: “Xatırlayırıq ki, Aİ Şurasının prezidenti Şarl Mişel də bu formada regiona gəldikdən sonra sülh təşəbbüslərini dəstəkləmiş və nəticədə Brüssel formatı meydana gəlmişdi. Eyni zamanda, biz ABŞ-ın bu və ya digər formada regionda inkişaf edən siyasi-diplomatik təmaslara öz münasibətinin olduğunu görürük. ABŞ dövlət katibi Entoni Blinkenin hər dəfə Brüsseldə keçirilən görüşdən öncə və sonra Azərbaycan və Ermənistan liderləri ilə danışdığını, telefon əlaqəsi yaratdığını müşahidə etmişik. Bu o deməkdir ki, rəsmi Vaşinqton Brüssel formatını dəstəkləyir və onu təqdir edir”.

İ.Hüseynovun fikrincə, bununla belə qlobal miqyasda gedən proseslərə də nəzər salmaq lazımdır. Hazırda Rusiya-Ukrayna müharibəsi həm də post-sovet məkanında dəyişikliklər üçün atılan addımlar kimi də nəzərdən keçirilir. Bunu xarici ekspertlər də analoji formada qiymətləndirir. “Mərkəzi Asiyaya qədər uzanan qlobal transformasiya dövrünün iştirakçılarıyıq. Bu xüsusda ABŞ həm də Cənubi Qaqazda maraqlarını təmin etmək, özü birbaşa bu posesə cəlb olunmaq niyyətindədir. Cənubi Qafqaz əsrlər boyu böyük güc mərkəzlərinin hədəfində olub. Hər üç dövlət bu gün geosiyasi vektor olaraq öz gələcəyini müəyyənləşdirib. Eyni zamanda, regionda mühüm siyasi-iqtisadi, sosial demoqrafik vəziyyət formalaşıb. Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə həm də ABŞ-ın diqqətini cəlb edir. ABŞ hərbi ekspertlərinin işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlılarımızın qəhrəmanlıqlarına necə böyük maraqla yanaşdığının, keçdiyimiz döyüş yolunu necə təhlil etdiyini də görmüşük. Bu baxımdan, rəsmi Vaşinqton həm də regionda yeni geosiyasi reallıqları qəbul edən tərəfdir. Çünki yeni reallıqları anlamadan, iqtisadi və nəqliyyat əlaqələrini dərk etmədən sülh prosesinə cəlb olunmaq mümkün deyil. Regionun yaxşı iqtisadi potensialı var. Azərbaycan işğaldan azad olunmuş ərazilərinə böyük diqqət, qayğı və həssaslıqla yanaşır. Böyük infrastruktur layihələri həyata keçirilir. Zəngilanın Ağalı kəndinin timsalında “Böyük Qayıdış”ın müxtəlif elementlərini də görürük. Bu, artıq Azərbaycanın yeni bir mərhələyə qədəm qoymasıdır. Bu istiqamətdə aparılan danışıqlara isə yalnız töhfə vermək olar, onu təqdir etmək olar. Azərbaycan sülh gündəliyinə uyğun olaraq addımlar atır, humanist prinsiplərdən çıxış edir. Saxlanılan 5 erməni əsilli vətəndaşın Ermənistan tərəfinə verilməsi həm də ABŞ hökuməti tərəfindən təqdir olunub. Vaşinqton regiondakı prosesləri diqqətlə izləyir, kənar geosiyasi aktor kimi çıxış edir”, - deyən İ.Hüseynov onu da əlavə edib ki, Brüssel formatını dəstəkləsə də, biz ABŞ-ın birbaşa regiona cəlb olunmaq istəyini görürük. O vurğulayıb ki, Rusiya tərəfi də öz xüsusi nümayəndəsi İqor Xovayevi regiona səfərə göndərməyi planlaşdırır. Bu səfərlərin ardıcıllığı isə diqqəti cəlb edir: “Bu, onu deməyə əsas verir ki, region uğrunda çox böyük bir mübarizə gedir. Bu mübarizə qlobal mübarizənin tərkib hissəsidir. Arzuolunandır ki, bu mübarizələr və çəkişmələr siyasi sahədə və diplomatik müstəvidə inkişaf etdirilsin. Və ilk növbədə regionun inkişafına, xalqların rifahına, iqtisadi stimullaşdırıcı layihələrə və gələcəyə hesablansın. Əks təqdirdə, region hər hansısa böyük mübarizələrin bir parçasına çevrilə bilər. Bu isə qəbulolunmazdır. Fikrimcə, region dövlətləri 30 illik müstəqillik dövründə böyük siyasi nəticələr çıxarıblar. Bu gün başqa bir siyasi gündəlik formalaşıb. ABŞ hökuməti də bu siyasi gündəliyə uyğun olaraq addımlar atmalı və regiona uyğunlaşmalıdır. Regionu anlamalı, regiondakı xalqların istəyini bilməlidir. Buna uyğun da öz siyasi strategiyasını qurmalıdır”.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30