Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tahir Budaqov: Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi

21.11.2022 [17:18]

Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyası faktiki olaraq 30 il ərzində ölkəmizdə demokratik siyasi mühitin yaradılmasının tərəfdarı olub. Son vaxtlar, xüsusilə də ölkəmizin tarixi Zəfərindən sonra Azərbaycanda və regionda yeni geosiyasi reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan xalqı ümummilli maraqlar naminə vahid yumruq kimi birləşmək əzmində olduğunu göstərdi. Təbii ki, bu yeni reallıqlar şəraitində siyasi partiyalar arasında münasibətlərin də yeni müstəvidə qurulmasına ehtiyac yaranıb. Prezident İlham Əliyev öz çıxışlarında yeni siyasi konfiqurasiya ilə bağlı mesajlarını verib. Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə işlər davam edir. Ümummilli maraqlar naminə siyasi partiyaların hər zaman konstruktiv dialoq qurması və əməkdaşlıq etməsi üçün imkanlar və perspektivlər var.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31