Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi…

Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi…

02.01.2023 [11:43]

Ermənistana havadarlıq edən Fransa bu dəfə "öz meydanında" məğlub oldu

Xəbər verildiyi kimi, BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısı alınıb. “Caliber”-in yaydığı məlumata görə, dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi (daimi və qeyri-daimi üzvlər hər biri bir ay sədrlik edir) tamamilə ermənipərəst bəyanat hazırlayıb ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət humanitar fəlakət kimi təqdim olunub. “Bəyanat mətni üzərində diplomatik döyüş 10 gün davam edib”, - nəşr vurğulayıb.

Məlumata görə, Fransa tərəfdən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilməyib.

“Caliber” qeyd edib ki, bəyanatın qəbul olunmamasında Azərbaycan Prezidenti İlham Əliyev və diplomatların müstəsna rolu var:

“Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edilib. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail olub ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəstə çevrilib, rəsmi Paris ondan tamamilə imtina edib”.

Nəşrin məlumatına görə, Fransanın diplomatik uğursuzluğu o yerə gəlib çatıb ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılmasından gedir.

Xatırladaq ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentybarında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. Yeri gəlmişkən, o zaman bu baş vermədi.

Azərbaycana qarşı məkri cəhdlər iflasa məkhumdur

Ümumiyyətlə, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi təxribatları fərqli müstəvidə təqdim etmək, hətta yalan məlumatlar əsasında Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası yaratmaq cəhdləri 44 günlük müharibə vaxtı da nəzərə çarpmışdı. Halbuki, Ermənistan özü 30 ilə üaxın müddətdə Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməklə, işğal etdiyi əraziləri boşaltmamaqla BMT TŞ-nın məlum 4 qətnaməsinin icrasından boyun qaçırıb. Eyni zamanda, BMT TŞ 30 ilə yaxın dövr ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə, qətnamələrin icrası ilə bağlı bir dəfə də olsun toplantı keçirməyib. Buna imkan verməyənlərin başında isə riyakar Fransa yer alıb.

20-21 dekabr müzakirələrindən dərhal sonra isə Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. 10 gün idi ki, mətn üzərində sözün əsl mənasında qırğın gedirdi. Ümumiyyətlə, son dövrlərdə ölkəmizə qarşı çirkin kampaniyalar açıq-aydın nəzərə çarpmağa başlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı mərklli işlərin aparıldığına diqqət yetirmişdi.

Fransız-erməni cütlüyünün Rusiyaya xəyanət, ABŞ-a hörmətsizliyi

Amma Azərbaycan bütün çətinliklərin öhdəsindən gəlir - aparılan məkrli kampaniyalar iflasa uğrayır. Məsələn, bundan əvvəl də Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğu bəyan edilmişdi. Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Ermənistanla Fransanın sinxron hərəkəti isə bir məsələdə də özünü açıq biruzə vermişdi  - bu günlərdə Ermənistanın “dahi” diplomatı və “çekisti” Armen Qriqoryan da TŞ-da qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi. Beləliklə, fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Amma proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıba çevrildi - BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Maraqlıdır ki ilkin mərhələdə "bəyanat" fransızların təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda “Dağlıq Qarabağ”ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu. Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn isə BMT TŞ qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyuldu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də özündən əvvəlkilərin taleyini yaşadı - darmadağın edildi. Səbəb isə bəlli idi - beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransaının necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf edirdilər.

Fransa gülünc vəziyyətə düşür  

Erməni lobbisinin "səyi" ilə özünün dövlətçiliyinə, milli maraqlarına kölgə salan Fransa artıq anlamalıdır ki, bu kimi cəhdlərlə nəticə əldə edə bilməyəcək. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa anlamır ki, hər belə addımla regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür. - Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı. Fransanın rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan etməsi isə 2023 cü il ərəfəsində Prezident İlham Əliyevin növbəti parlaq qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir.

Fransa diplomatiyası matəm içindədir…

Vurğulanmalıdır ki, Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya bu prosesdə Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər. Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni qeyd edərkən Fransa Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi isterika halındadır. Azərbaycan Fransanı neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir.

Bəli, Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə bildirmişdi ki, “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan". Bu parlaq qələbə bir daha Prezident İlham Əliyevin qətiyyətinin və ən yüksək liderlik keyfiyyətlərinə malik olduğunun növbəti əyani nümayişinə çevrildi.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31