Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / A və B planı işləmədi

A və B planı işləmədi

18.01.2023 [11:02]

Vardanyan mürəkkəb labirintdə...

Qarabağdakı oyunu baş tutmayan milyarder artıq İrəvana da gedə bilmir

Bir neçə ay öncə açıq və məlum gündəliklə Qarabağa “göndərilən” Ruben Vardanyanın başının üzərini “qara buludlar” almaqdadır. “Vardanyan planının” iflası isə artıq ermənilər tərəfindən də etiraf edilməyə başlayıb. Məsələn, bir neçə gün öncə erməni mətbuatı özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən Ruben Vardanyanın “tutduğu vəzifədən” azad ediləcəyi haqda informasiyalar yaymışdı. İddialara görə, “artsaxın hazırkı daxili işlər naziri” Karen Sarkisyan Vardanyanı əvəz edəcək. Vardanyan isə bunu təkzib edib. Daha doğrusu, istefa verməyəcəyini bildirib.  “Xüsusilə indiki vəziyyətdə istefa vermək fikrində deyiləm. Eyni zamanda, ölkə prezidentinin və deməli, parlamentin də istefası qəbuledilməzdir”. Xankəndidəki qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan “Facebook” da belə yazıb. Vardanyan deyib ki, bu vəziyyətdə təslim olmağa haqqımız yoxdur. Demək ki, artıq Vardanyan bu “təhlükəni” bilir və ya ona xəbərdarlıq edilib - istefa ver, aradan çıx...

Təbii ki, Vardanyanın Qarabağda “ofsayda” düşməsi, hətta milyonlarının belə onun imdadına çatmaması gözlənilən idi. Çünki hazırki situasiya onu deməyə əsas verir ki, Azərbaycan bölgədə yeni oyuna icazə vermək fikrində deyil. Başqa sözlə, Ruben Vardanyanın gəlişi ilə Qarabağda başlaması gözlənilən proseslər, onun Qarabağa hansı niyyətlə göndərilməsi Azərbaycana məlum idi. Vardanyanın Qarabağda “A” və ya “B” planına uyğun davranışları isə onun gələcəyini müəyyənləşdirəcəkdi. “A” planı onun Qarabağ separatçıları üzərindən prosesdə iştirakını təmin etmək, hətta prosesi bu yolla uzatmaq, “B” planı isə fürsət düşən kimi Xankəndini İrəvana dəyişməkdən ibarət idi. Amma görünən budur ki, artıq hər iki plan dalana dirənib...

Vardanyan təkzib edilir...

Hazırda Qarabağdakı vəziyyətlə bağlı maraqlı və mücərrəd situasiya hökm sürməkdədir. Belə ki, separatçı rejim ciddi-cəhdlə guya Laçın yolunun azərbaycanlı ekofəallar tərəfindən qapadıldığını nümayiş etdirməyə çalışır. Hətta bununla bağlı “beynəlxalq dəstək” axtarışına da çıxdıqlarını istisna etmirlər. Məsələn, RTVI-ya müsahibəsində isə Vardanyan Rusiya, Avropa və ABŞ-ı Azərbaycana qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb. Vardanyan onlara hətta yol da göstərib: “Həm Rusiya, həm Avropa, həm də Amerika bir araya gələrək bəyan etməlidirlər ki, dəhlizin bağlanması öz torpaqlarında yaşayan insanlara təzyiq göstərmək, onları qış fəslində belə şəraitdə yaşamağa məcbur etmək qəbuledilməz üsullardır. Azərbaycanın rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq etmək, bu respublikada tədbirlər keçirməkdən imtina imkanları var “.

Təbii ki, Vardanyanın məqsədi bəllidir - bu kimi yalanlarla həm özünü gündəmə gətirmək, həm də təxribatçı təbliğat aparmaq fikrindədir. Amma baş verənlər və yayılan xəbərlər bunu təkzib edir. Hətta erməni mətbuatı belə vaxtaşırı Laçın yolundan rahat istifadə edildiyini yazır. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti də təsdiqləyir. Demək ki, bütün yalanları ifşa edilmiş Vardanyan yenə də öz yalançı və təxribatçı əməllərindən qalmır - anlayır ki, onun “vəzifədəki” günləri də sayılıdır...

Ruben xalqa əziyyət verir - mağazalar məqsədli şəkildə boşaldılır, işıq isə limitlə verilir

Vardanyan Qarabağda yaşayan ermənilərə qarşı da çirkin addımlarından çəkinmir - məqsədli şəkildə dükanları boşaltdırır, gələn ərzaqların gizlədilməsinə nail olmağa çalışır. Bununla yanaşı isə Xankəndi ermənilərinə işıq da limitlə verilir. Günün əksər hissəsini soyuqda və qaranlıqda keçirmək məcburiyyətində qalan ermənilər Vardanyanın sosial terroru ilə üz-üzədirlər. Maraqlıdır ki, Vardanyan verdiyi açıqlamada özünün qurduğu bu oyuna “haqq qazandırmağa çalışır - ermənilərin yanacaqsız, qidasız, rabitəsiz və işıqsız yaşamağa məcbur olduğunu deyib.  “Hava kifayət qədər soyuqdur, nəinki ərzaq, dərman və yanacaq yoxdur, hətta bütün iqtisadiyyat əsasən dayanıb. Təəssüf ki, vəziyyət yaxşılaşmır”, - deyən Vardanyan alt məqsədlərni həyata keçirməyə çalışır. Bir tərəfdən Azərbaycanın guya yolu bağladığını, “humanitar facilər” törətdiyini yaymağa, digər tərəfdən Ermənistan hakimiyyətinin onlara fikir vermədiyini ortaya qoymağa çalışır. Beləliklə, yuxarıda qeyd edilən “A” planı baş tutmayacağı təqdirdə, “B” planının işləməsinə nail olmağa çalışır.

Vardanyan bu addımı ilə həm də özünü Qarabağda “söz sahibi” kimi qələmə verməyə çalışır. O, bu kimi açıqlamalarla Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşları ilə aparadığı danışıqlarda “tərəf” olduğunu iddia etmək niyyətindədir. Amma onun bu niyyəti reallaşa bilməz - Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. Prezident İlham Əliyev bildirib ki, əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.

Beləliklə, Vardanyan öz ambisiyalarına görə xalqa əziyyət verir. Onun yalanlarının “ayaq tutub yeriməsi” üçün əl atdığı yollar isə artıq tükənməkdədir. Çünki Vardanyan informasiya əsrində yaşadığını unudur - Qarabağdakı ermənilər Vardaynanın süni qıtlıq yaratdığını görür, eşidir və anlayır. Bu baxımdan, separatçı rejimin yeni “rəhbərinin” də sürgünə gedəcəyi günlərə çox qalmayıb...

Ermənilər Vardanyana nifrət edirlər...

Beləliklə, “A” planı sıradan çıxmaq üzrədir. “B” planının reallaşmasına isə ümid yoxdur - o baxımdan ki, Ermənistan əhalisi də hazırda Vardanyanı ən böyük təhlükə kimi qiymətləndirirlər. Onu sülhə mane olmaqda günahlandırırlar. Səbəblər isə saydıqca bitməz:

- Vardanyan avantürizmə üstünlük verərək terror çağırışları edir;

- Üçtərəfli razılaşmanın reallaşmasına imkan vermir;

- Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə sona çatmaqda olan sülh prosesinə mane olur.

Əslində Vardanyanın “müharibə ritorikası” da əlacsızlıqdan irəli gəlir - o, özü də anlayır ki, absurd fikirlərinin həyata keçməsi üçün heç bir şans yoxdur. Vardanyanın yersiz və heç bir əsasa söykənməyən müharibə çağırışının səbəbi də, hədəfi də bəllidir - 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin “ömürünü uzatmağa” niyyətlənib. Bundan isə Ermənistan əhalisi əziyyət çəkir. Sülhün reallaşmaması, təhlükəsizliyin təmin edilməməsi Ermənistandakı aclığı və səfaləti gündən-günə dərinləşdirir. Beləliklə, Vardanyanın birmənalı şəkildə sülh gündəliyinə mane olduğu aşkara çıxır - bu isə Ermənistan əhalisində Vardanyana qarşı nifrət yaradır.

Ermənistan rəhbərliyi isə Vardanyandan “yaxa qurtarmağın” yollarını araşdırır. Hətta bu məsələ Paşinyan-Mirzoyan tandeminin ən əsas probleminə çevrilib. Əslində Mirzoyanın separatçı rejimin içində parçalanma yaratmağa çalışması da buna xidmət göstərir.

Araik anlayır ki...

O ki qaldı separatçıların yaddan çıxmış başçısı Araik Arutyunyana, o da hazırki situasiyadan narazıdır. Vardanyanın gəlişi ilə onun da planları düzgün işləmədi - vaxtilə dəstəkləndiyi güclər tərəfindən tərk edildi. Eyni zamanda, artıq Qərb də onu “vaxtı keçmiş məhsul” sayır və istifadəyə yararsız elan edir. Bunu Arutyunyanın məşhur Fransa səfəri də təsdiqlədi. Gözlənildiyi kimi ermənipərəst Fransanın Araiki “erməni separatçılarının lideri” qismində təqdimatı alınmadı. Araik öz aqibətini bilir - hazırda məskunlaşdığı ərazilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdir və həmin ərazilər həm de-fakto, həm də de-yure bütün dünya, o cümlədən Ermənistan tərəfindən Azərbaycan torpaqları kimi tanınır. İkinci bir tərəfdən, ortada 10 noyabr üçtərəfli razılaşması var və həmin razılaşmada Araikin təmsil olunduğu cinayətkar quldur dəstəsi haqda bir söz belə yoxdur. Demək ki, Araikin həbsi qaçılmaz olacaq...

Vardanyan isə indidən qaçmağa və ya “sürgün edilməyə” yer axtarır. Çünki artıq ona nə Qarabağda, nə də doğulduğu Ermənistanda yer yoxdur...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28