Bakıdan dünyaya çağırış...
16.03.2023 [10:06]
İslamofobiyaya son qoyulmalıdır!
Paytaxtımızda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda konfrans keçirilib...
Frankofoniya Fransanın islamofob simasıdır
Multikulturalizmi həyat tərzinə çevirmiş Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır. Ölkəmizdə fərqli dini və etnik kimliyə malik xalqlar dostluq və qardaşlıq mühitində yaşayırlar. Bu, real faktlara söykənir və ölkəmizdə qonaq olan bütün xarici vətəndaşlar tərəfindən təsdiqlənir. Azərbaycan daima Qərb ilə Şərqin, sivilizasiyaların arasında körpü rolunu oynayıb. Bu mənada, ölkəmizdə BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə tədbirin keçirilməsi də təsadüfi sayıla bilməz. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə baş tutan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılıb.
İslamofobiya müsəlmanlara qarşı nifrət deyil, fobiyadır, qorxudur...
Azərbaycan hər zaman islamofobiya ilə mübarizə aparır, xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlər arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, ölkəmiz islam həmrəylinin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. 2017-ci ildə Bakı İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Bu, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi kimi şöhrət qazanıb. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq içərisində yaşamasına töhfə verir. Konfransın açılış mərasimində videomüraciəti dinlənən BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos da bildirib ki, BMT Baş Assambleyası 15 mart tarixini islamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib. İslamofobiyanın termin kimi istifadə olunduğunu söyləyən Migel Anxel Moratinos təəssüflə qeyd edib ki, bu irqçiliyin ifadəsidir: “Dünyada İslama sülh dini kimi baxılır. Təkallahlılıq dini kimi bu məfhumlar qorunmalıdır. İslamofobiyanın qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır, qorxudur”.
Mədəniyyətlərarası və dinlərarası dialoqun məkanı
Amma təəssüfləndirici haldır ki, son illərdə dünyada islamofob meyllərin artdığı müşahidə olunur. Ölkələrdə yaşanan daxili, ictimai və siyasi proseslərdə əsasən islamofobiya və miqrant əleyhinə fəaliyyətlər aktuallığını saxlayır. Bəzi ölkələrdə onsuz da İslam dininə münasibət çox isti olmasa da cəmiyyətdə açıq şəkildə qıcıq yaradan və diskriminasiyaya yönəlik çağırışlar son illərdə daha davamlı xarakter alıb. İslamofob fikirlər nəyinki cəmiyyətin, hətta bəzi ölkələrin rəsmilərinin, siyasətçilərin leksikonunda yer tapmağa başlayıb. Bütün bunlar isə ümumilikdə, İslama qarşı kampaniya təəssüratı formalaşdırır - islamafob meyillərin artıdığın təsdiqləyir.
Adıçəkilən tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, konfransın keçirilməsini şərtləndirən əsas səbəblərdən biri islamofobiyanın artması və dünyada bu istiqamətdə vəziyyətin getdikcə pisləşməsidir: “Təbii ki, biz də hamı kimi vəziyyətdən çox narahatıq. İkincisi, Azərbaycan da İslam mədəniyyətinin və tarixinin bir parçasıdır. Dünyəvi və multikultural dövlət olmağımıza rəğmən, cəmiyyətimizin əksəriyyəti müsəlmandır. Ən vacib səbəblərdən biri isə Azərbaycanın və Bakının mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı mühüm roldur”.
Fransada islamofobiya yerli müsəlmanların gündəlik həyatına təsir göstərir
Tədbirdəki çıxışında son vax?lar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəzi Qərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayıldığını da qeyd edən R.Həsənov bildirib ki, islamofobiya media tərəfindən təbliğ edilir və müxtəlif ekstremist qrupların şüarlarına daxil edilir. “Məsələn, Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Fransada bir çox müsəlman məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcə daha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları və dini baxışlarına görə təhsil və iş sahəsində çətinliklərlə üzləşirlər. Bəzən bir sıra ölkələrdə demokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeni qanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur”.
Bəli, Fransanın apardığı siyasət bu mənada xüsusi vurğulanmalıdır. Ən yaxın tarixdə belə islamofob addımlardan çəkinməyən. Hətta müsəlmanlara qarşı soyqırımları həyata keçirən Fransa hansı əsasla özünü “bəşəri dəyərlərin” daşıyıcısı sayır. Faktlar ortadadır:
- Fransa Afrikanın şimalında (əsasən müsəlmanları) və cənubunda 20-dən çox ölkəsində yerli xalqlara qarşı qəddar davranış sərgiləyib, sistemli qətliamlar həyata keçirib;
- Fransa Seneqal, Əlcəzair, Tunis və bu kimi müsəlman ölkələrində qul ticarəti həyata keçirib və bölgədə yerli xalqlara məxsus təbii sərvətləri mənimsəyib. Həmçinin Fransa Tunisdən Toqoya, Malidən Kameruna qədər bir çox Afrika ölkəsində İslama qarşı ən qatı radikal addımları atıb.
- İkinci Dünya Müharibəsindən sonra azadlıq istəyən müsəlmanlar qəddarcasına qırılıblar - Baş verən qətliamlar zamanı 2 milyondan çox insan həyatını itirib;
- Fransa dövləti 1945-ci ildə Əlcəzairin Setif şəhərində 45 min müsləmanı öldürüblər. Rəsmi Paris 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairlinin etiraz aksiyasını da qəddarlıqla yatırıb - qətliam nəticəsində 1500 nəfər etirazçı həyatını itirib, mindən çox şəxs isə həbs olunub. Baş verənlər tarixə “Sena qətliamı” kimi düşüb. Qeyd edək ki, 132 il fransız işğalına məruz qalan Əlcəzairdə 1,5 milyon müsəlman sistemli qətliamların, soyqırımının qurbanı olub.
Beləliklə, Fransanın yürütdüyü islamofob siyasət onun keçmişinə işıq salır, eyni zamanda, bu günün aynası kimi çıxış edir. Aydın olur ki, Fransanın keçmişindəki qara ləkələr - soyqırımı və etnik təmizləmə izləri onun islamofob xislətindən qaynaqlanır.
Frankofoniya - müsəlmanları zorla fransızlaşdırma siyasəti...
Fransa və islamafobiya anlayışları həm də bir “təşkilatın” sərhədlərində uzlaşır - Frankofoniya adlı təşkilatın. Bu təşkilat “fransızdilli” ölkələrin beynəlxalq “birliyi” kimi təqdim edilsə də... Arxasında mühüm faktlar dayanır. 54 üzvü olan bu təşkilat özünün “məramnaməsində”
- Fransız dilinin təbliği, çoxdillilik və mədəni müxtəlifliyə dəstək;
-Sülhün, demokratiyanın və insan haqlarının təşviqi;
- Təhsil, təlim, ali təhsil və tədqiqata dəstək;
- Davamlı inkişafın xeyrinə iqtisadi əməkdaşlığın inkişafı kimi gəlişigözəl sözlərdən istifadə etsə də ortadakı maraq ilk baxışdan görünür - Fransa XX əsrin son 40 ilinə kimi əsarətdə saxladığı bəzi müsləman ölkələrini hələ də nəzarətindən kənara buraxmaq istəmir. Şimali Afrikanın demək olar ki, bütün müsəlman dövlətlərini bu təşkilata “üzv” edən Fransanın məqsədi özünün iyrənc məqsədlərini bu yolla davam etdirməkdir. Afrika müsəlmanlarına qarşı diskriminasiya siyasətini davam etdirən, onları öz dilində danışmağa imkan verməyən, zorla “franklaşdırmağa” çalışan Fransa beləliklə, əsl simasını ortaya qoyur.
Qütbləşmənin azaldılması istiqamətində fəaliyyət artırılmalıdır
Sözügedən tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq Baş katibi Ekmələddin İhsanoğlu bildirib ki, İslam dini Qərb üçün yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. Müsəlmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar. “Elə etməliyik ki, hamı çoxmədəniyyətlilik məfhumunu qəbul etsin. Bu, çox vacibdir. Özümüzü həmişə tənqid etməyə çalışmalıyıq. Bizim ritorikamız dəqiq və düzgün olmalıdır. Münaqişələr göstərir ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə qarşılıqlı etimad yaratmaq lazımdır. Müsəlmanlar da yeni sülh erası istəyirlər”, - deyə Ekmələddin İhsanoğlu vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, müsəlmanlara qarşı mədəni və siyasi baxımdan qərəzli münasibət var. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini xüsusi vurğulayan Fərid Şəfiyev bildirib ki, bu münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.
G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu gün dünyada islamofobiyanın öz aktuallığını saxladığını söyləyib. İslamofobiyaya qarşı mübarizədə dialoq və müzakirələrin önəmini qeyd edən Kol Durham bu baxımdan rəhbərlik etdiyi Fondun fəaliyyətindən danışıb. Hazırda qarşıda duran çağırışlardan birinin dini liderlərin bu prosesə səfərbər edilməsi olduğunu söyləyən qonaq deyib: “Dini liderlər də çox vaxt təhdidlərlə üzləşirlər. G20 dinlər arasında sülhün bərqərar olmasına xüsusi diqqət ayırır. Biz qütbləşmiş dünyada yaşayırıq və bundan əziyyət çəkirik. Ona görə də qütbləşmənin azaldılması istiqamətində fəaliyyətimizi artırmalıyıq”.
İslam dininin terrorizmlə eyniləşdirilməsi inklüziv cəmiyyətlərin bünövrəsini sarsıdır
Beynəlxalq ictimaiyyət müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir və qarışıq dini əhaliyə malik münaqişə və postmünaqişə zonalarında bu cür tendensiyaların olması barədə məlumatlar gəlir. Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Xüsusilə Avropanın bəzi ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranan bu cür stereotiplər Avropa mədəniyyət və dəyərlərinə zidd olaraq bu damğalamanın (stiqmatizasiya) kəskinləşməsinə və izolyasiya siyasətinə gətirib çıxarır.
Son illər beynəlxalq təşkilatların çağırışlarına və islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq, antiislam məzmunlu qanunların irəli sürülməsi və ya qəbuluna, həmçinin milli maraq və dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq və gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir və bu qanunlar islamofobiya və digər növ irqçilik və ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa və təhlükəli şəkil almağa başlayıb və İslam dininin terrorizmlə eyniləşdirilməsi və ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır.
Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması mütəmadi və davamlı əsasda beynəlxalq konfransın bazasının yaradılmasını və alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasını labüd edir. Bakının ev sahibliyi etdiyi “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
