Azərbaycan ekspansist siyasət yürütmür
17.02.2024 [10:30]
Əksinə, özünü təhdidlərdən qorumaq üçün addımlar atır
Günel ABBAS
Bu günlərdə Brüsseldə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a müsahibə verib. E.Əmirbəyov müsahibədə olduqca əhəmiyyətli məqamlara toxunub. Xüsusilə bəzi Avropa İttifaqı (Aİ) rəsmilərinin Azərbaycanın “ekspansionizm”i ilə bağlı iddialarının əsassız olduğunu deyib.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrelin Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirən nümayəndə qeyd edib ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur.
Prezidentin nümayəndəsi vurğulayıb ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib: “Bu gün bizim Azərbaycanın Qarabağ bölgəsi var, ona görə də “Dağlıq Qarabağ” köhnəlmiş və işlək olmayan bir addır”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “Qarabağ iqtisadi rayonu” ifadəsindən istifadə etməyə çağırır və regionun “Dağlıq Qarabağ” adlandırılmasının qəbuledilməz olduğunu bildirir.
Politoloq Yeganə Hacıyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Avropa İttifaqı və Qərbin erməni havadarları olan siqmenti anti-Azərbaycan təbliğatını bir neçə mərhələ üzrə həyata keçirib: “Bu mərhələlərdən birincisi aktiv tərzdə Azərbaycanı Ermənistan ərazilərini işğal etməkdə günahlandırmaq idi. Xatırladaq ki, ABŞ dövlət departamenti rəhbərinin müavini qismində çıxış edən şəxslər belə Azərbaycana Ermənistanın ərazilərinə hörmət etməyə çağıracaq aspektdən yanaşma sərgiləyirdilər. Eləcə də Aİ-nin xarici əlaqələr və təhlükəsizlik komissarı dəfələrlə bu qəbildən fikirlər səsləndirib. Fransa da daxil olmaqla müəyyən Avropa ölkələri və bir sıra təşkilatlar bu çağırışlara qoşulmuşdu. Bu da Azərbaycanı haqsız şəkildə işğalçılıqla günahlandırmaq demək idi”.
Politoloq qeyd edib ki, Azərbaycan bu gün əsassız iddiaların hər birini əsaslı şəkildə cavablandırmaq iqtidarındadır. “Qısa bir müddətdə beynəlxalq təşkilatlar müstəvisində Ermənistanın iç üzünü açdıq və bu təbliğatın anti-Azərbaycan siyasətinə əsaslandığını, dezinformasiya üzərində qurulduğunu sübuta yetirdik. Beynəlxalq təşkilatlardakı erməni havadarları siqmenti, Aİ-də erməni lobbisinin “pultu” ilə danışan dairələr Azərbaycanı ekspansist siyasət yürütməkdə günahlandırdılar. Bəlli oldu ki, Azərbaycan ekspansist siyasət yürütmür, əksinə, özünü Qərbin eksponsiyasına qarşı qorumaq istiqamətində addımlar atır. Bunun bir nümunəsidir ki, Azərbaycan özünü Ermənistanın işğalından qorudu və torpaqlarını azad etdi. Bu mənada Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Avropa ittifaqının bəzi rəsmi şəxslərinin bəyanatlarının heç bir əsasının olmadığı ilə bağlı fikirləri tamamilə haqlıdır. Anti-Azərbaycan düyməsi ilə hərəkət edən dairələr Azərbaycana qarşı ekspansiya təbliğatı aparır. Əminəm ki, hər zamankı kimi ölkəmiz bu məsələdə də özünü müdafiə etməyi bacaracaq. Hazırda çox geniş cəbhə ilə üz-üzə olsaq da, bunun da öhdəsindən layiqincə gələcəyik”, - deyə Y.Hacıyeva fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

