Cənubi Qafqazda sülh...
28.03.2024 [10:29]
Regionda yeni siyasi proseslərə start verəcək
Yunis Abdullayev
Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunması Cənubi Qafqazda mühüm siyasi proseslərə gətirib çıxaracaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsinin zəruriliyini bildirib. Dövlət başçısı, həmçinin bəyan edib ki, Azərbaycan və Ermənistan sülhə doğru yaxınlaşmaqdadır: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”. Prezident İlham Əliyev tamamilə haqlıdır. Məhz şanlı ordumuzun qəhramanlığı və əzmkarlığı nəticəsində torpaqlarımızda 30 illik işğala son qoyuldu.
Heç bir şəkildə inkar oluna bilməz ki, Azərbaycanın hərbi-siyasi güc yolu ilə münaqişəyə son qoyması regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunmasına yol açıb. Dövlət başçısı öz bəyanatında açıq şəkildə eyham vurub ki, artıq Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl yaradan heç bir ciddi maneə qalmayıb. Düzdür, Ermənistan hakimiyyəti sülh sazişinin imzalanmasından əvvəl ölkə konstitusiyasında, Müstəqillik Bəyannaməsində və hərbi doktrinasında qonşularına qarşı ərazi iddialarını təbliğ edən müddəalar aradan qaldırılmalıdır. Azərbaycan və Türkiyənin təlimatını nəzərə alan Paşinyan hakimiyyətinin bu istiqamətdə lazımi addımlar atacağına heç bir şübhə yoxdur.
Bildiyimiz kimi, Ermənistan rəhbərliyi Azərbaycanın sülh sazişinin imzalanması üçün təkliflərini qəbul edib və hər iki tərəf saziş ilə bağlı bir çox məsələlərdə razılığa gəliblər.
Sözsüz ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin tam şəkildə təmin olunması, doğrusunu desək, daha da möhkəmlənməsi ilə nəticələnəcək. Bunun fonunda regionda yeni siyasi proseslərin baş verəcəyi istisna deyil. Həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstandan bu proseslərdən faydalanacaqlar.
İlk növbədə qeyd edək ki, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq, üç ölkə arasında diplomatik-siyasi münasibətlərin normallaşması prosesi başlayacaq.
Eyni zamanda, nə Azərbaycanda, nə də Ermənistanda müharibə qorxusu olacaq. Yəni Ermənistan Azərbaycanla hərbi qarşıdurmaya getməyəcək, əksinə Azərbaycanla ikitərəfli münasibətlərin qurulmasında və inkişafında maraqlı olacaq.
Regional sülhün tam bərpa olması Zəngəzur dəhlizinin reallaşmasına da öz təsirini göstərəcək. Vurğulayaq ki, sözügedən dəhliz Azərbaycan, Ermənistan və Türkiyə arasında kommunikasiya xətlərini təmin etməklə yanaşı Çinin “Bir kəmər, bir yol” layihəsinin mühüm prioriteti olan “Orta Dəhliz” üzərindən logistik yüklərin qısa zaman ərzində daşınmasına münasib şərait yaradacaq. Bu baxımdan Ermənistan rəhbərliyi də bu dəhlizə maraq göstərəcək. Çünki Azərbaycan bu dəhliz vasitəsilə Naxçıvana və Türkiyəyə çıxış imkanları əldə edəcəyi halda Ermənistanın da Rusiya və Mərkəzi Asiyaya çıxış imkanları olacaq.
Ümumiyyətlə, regional sabitlik və təhlükəsizliyin bərqərar olunması əsnasında Cənubi Qafqaz Şimal ilə Cənub və Şərq ilə Qərb arasında beynəlxalq nəqliyyat qovşağına çevriləcək. Bunun baş verəcəyi təqdirdə müəyyən güc mərkəzlərinin, xüsusilə Çin, Hindistan, İran və Türkiyə, eləcə də Qərb ölkələri bu regiona böyük həcmdə investisiya yatıracaq.
Həmçinin hesab edirəm ki, həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyə sərhəd ərazilərində azad iqtisadi zonalarının əsasının qoyulması nəzərdən keçiriləcək. Təbii ki, bu zonalarda Azərbaycan, Türkiyə və Ermənistan vətəndaşlarının qarşılıqlı ticarət əlaqələri qurması üçün münasib imkanlar olacaq.
Sülhün İrəvana önəmli faydasına gəlincə, Ermənistan uzunmüddətli təcriddən xilas olub regional layihələrə qoşulacaq və qlobal dünyaya inteqrasiya olunacaq. Azərbaycan isə regionda daha çox imkanlara nail olmaqla geoiqtisadi güc mərkəzinə çevriləcək.
Bir məqamı da vurğulayaq ki, Gürcüstanda olduğu kimi Azərbaycan Ermənistanda da iqtisadi və enerji layihələri həyata keçirə bilər.
Nəhayət, bütün bunlarla yanaşı yaxın gələcəkdə Cənubi Qafqaz formatının formallaşması üçün xüsusi zamanın yetişəcəyinə şahidi ola bilərik. Ona görə ki, Azərbaycan, Gürcüstan və Ermənistanın regional proseslərin nizamlanması, üçtərəfli diplomatik-siyasi və iqtisadi münasibətlərin qurulması, ən əsası da bütün region üçün vacib olan konsepsiyanın müəyyənləşməsi istiqamətində birgə addımlar atmasına ehtiyac yaranacaq.
Bütün bu proseslər Cənubi Qafqazı daimi sülh və təhlükəsiz məkanına çevirəcək. Ümid edək ki, sülh müqaviləsi tez bir zamanda imzalanacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

