Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Eurasia Hoy: “Azərbaycan Latın Amerikasına münasibətdə xarici siyasətini möhkəmlədir”

Eurasia Hoy: “Azərbaycan Latın Amerikasına münasibətdə xarici siyasətini möhkəmlədir”

04.09.2014 [12:39]

Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalı beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycan Latın Amerikasına münasibətdə xarici siyasətini möhkəmlədir” adlı məqaləsini dərc edib.
Məqalədə Azərbaycan rəhbərliyinin Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi təşəbbüsündən bəhs edilir. Son dövrlərdə Azərbaycan Nikaraqua, Honduras və Argentina ilə möhkəm əlaqələr yaradıb. Müəllif yazır ki, həmin ölkələr də öz növbəsində, Azərbaycanı beynəlxalq aləmdə dəstəkləyirlər.
P.Teyz Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopesin və Hondurasın xarici işlər naziri Mireyya Aquero de Korralesin Azərbaycana səfərləri, Bakı ilə Manaqua arasında və müvafiq surətdə Bakı ilə Tequsiqalpa arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə dair razılaşmaları xatırladır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz həmkarı Mireyya Aquero de Korrales ilə görüşdə Honduras Milli Konqresinin Azərbaycan ərazisinin işğal edilməsi ilə əlaqədar rəsmi mövqeyinə və Xocalı qırğınını tanımasına görə təşəkkürünü bildirib. Xanım Korrales deyib: “Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi beynəlxalq hüququn bütün normalarına zidd və ədalətsiz hərəkətdir, beynəlxalq birlik bununla əlaqədar narazılığını bildirməlidir”.
Ekspert öz məqaləsində Kolumbiya ilə Azərbaycanın münasibətlərinin inkişafını da təsvir edir. O yazır ki, Kolumbiyanın xarici işlər naziri Mariya Anxela Olquin Kuelların Azərbaycana rəsmi səfəri zamanı bu Cənubi Amerika ölkəsinin nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Diplomatik Akademiyasının rəhbərliyi, iqtisadi inkişaf naziri, “Azpromo” şirkətinin prezidenti və Heydər Əliyev Mərkəzinin nümayəndələri ilə görüşlər keçirib. Həmin görüşlərdə siyasət, mədəniyyət, elm, təhsil və digər sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Azərbaycanın Argentina ilə münasibətlərinin inkişafı mövzusuna da toxunan müəllif Argentinanın xarici işlər nazirinin müavini Mariya del Karmen Skeffin sözlərini sitat gətirərək vurğulayır ki, Azərbaycan “Argentinanın çox mühüm tərəfdaşıdır”.

Paylaş
Baxılıb: 850 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31