Ana səhifə »  Xəbər lenti »  ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
A+   Yenilə  A-
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda üç saatdan çox çıxış etdi. Azərbaycan Prezidenti konfrans çərçivəsində bir çox məsələlərə aydınlıq gətirdi, yenə də səbir və təmkinlə sualları cavablandırdı. Konfrans Azərbaycan və region üçün hazırkı reallıq, bundan sonrakı mərhələ haqqında məlumat vermək üçün geniş auditoriya və səmərəli fürsət idi. Müharibənin səngərdə bitib, lakin informasiya məkanında hələ də davam etdiyini nəzərə alsaq, dövlətimizin başçısı aparılan dezinformasiya kampaniyasına tutarlı və faktlarla cavablar verdi. Beləliklə, dünyanın siyasi mənzərəsi haqqında fikir formalaşdıran müxtəlif ölkələrin beyin mərkəzlərinin, xeyli sayda açıq düşüncəli insanlarının və beynəlxalq aləmin qarşısında Azərbaycan Prezidenti hər zaman olduğu kimi, liderlik və intellektual potensialını bir daha ortaya qoydu. Artıq müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır. Aparıcı ekspertlərin bir araya gəlib yaranmış yeni reallıq və bundan sonraki inkişaf və əməkdaşlıq haqqında, Azərbaycanın bu məsələ barədə dəqiq və konkret mesajlarının, istəklərinin və real addımlarının, gözləntilərinin nələrdən ibarət olduğu haqqında məhz birinci şəxsin dilindən cavablar eşitməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib: “Konfransda verilən cavablar bir daha göstərdi ki, Azərbaycan sülhün bərqərar olmasında nə dərəcədə qətiyyətlidir. Bununla yanaşı, konfransdan əvvəl iştirakçıların Ağdama aparılaraq onlara məhv edilmiş ərazilərin əyani şəkildə göstərilməsi qarşı tərəfin müharibə zamanı və ondan sonrakı dövrdə məqsəd və məramının nə olduğunu dəqiq anlamaları baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün dünya artıq Ermənistana başa salmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərini qəbul etsin. Ermənistan bu reallığı dərk edərsə, udacaq, əksini iddia edərsə, itirməyə davam edəcək”.

Bildirilib ki, konfrans sosial şəbəkələrdə yerli ictimaiyyət tərəfindən, beynəlxalq media tərəfindən də izlənildi. Bu gün dünyanın gözü Azərbaycandadır. Həm döyüş meydanında, həm də informasiya məkanında öz sözünü deyən Azərbaycan bundan öncə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında da bütün dünyanı yaxşı mənada təəcübləndirmişdi. Eyni vəziyyəti bu konfransda da gördük. Əgər müharibədən sonra Azərbaycanın mövqeyi haqqında beyinlərdə xırda da olsa sual qalmışdısa indi bütün o qaranlıq məqamlara da aydınlıq gətirildi. Dövlətimizin başçısının istənilən mövzuda sualı təmkin, diplomatik məharət, faktlarla şərh etməsi artıq dünyada Azərbaycan haqqında olduqca müsbət imic formalaşdırıb. Aparıcı beyin mərkəzlərinin təmsilçilərinin Azərbaycana olan marağı, sualları göstərir ki, indi beynəlxalq aləm bizim yaratdığımız reallığı yaxında izləyir. Azərbaycan liderinin istər bir siyasətçi kimi siyasi iradəsi, istərsə də bir insan kimi bütün müsbət şəxsi keyfiyyətləri elə Azərbaycan xalqının özünün imici haqqında dünyada olduqca müsbət imic formalaşdırır.

Azərbaycan özü öz taleyinin qurucusu, yaradıcısıdır. Müstəqil siyasət yürüdən, Azərbaycan xalqının milli maraqlarını əlində məşəl tutaraq hər keçən gün onun haqq səsini dünyada daha da ucaldan şəxs isə ümummilli liderin Heydər Əliyevin siyasi xəttini daha da inkişaf etdirən Prezident İlham Əliyevdir.

Qeyd olunduğu kimi, tədbirə maraq ölkə daxilində və xaricdən idi. Xalqımız əmindir ki, Azərbaycanı dünyanın etibarlı tərəfdaşı mərtəbəsinə qaldıran, onu müstəqil xarici siyasət yeridən bir dövlət kimi tanıdan Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha milli maraqları əsas tutmaqla diqqətə çatdırdı. Azərbaycana olan müsbət münasibət bir daha göründü. Bu baxımdan da xalq da sosial şəbəkələrdə yenə həmrəylik nümayiş etdirdi. Dünya Azərbaycanın nə qədər həmrəy, öz liderinin ətrafında hər keçən gün daha da möhkəm birləşdiyinin şahidi oldu. Bu birlik isə sarsılmazdır. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyev xalqımızın alternativsiz Lideri, onun milli maraqlarının hamisidir.

Azərbaycan yeni reallığı yaradıb, bunu Ermənistan da qəbul etməlidir. Azərbaycan sülhə hazırdır. Əslində, Azərbaycan Prezidenti “Ermənistan öz statusuna aydınlıq gətirməlidir” deyərkən ötürdüyü mesajlar bir tərəfdən Ermənistanda olan indiki revanşist dairələrə idisə, digər tərəfdən, həm də onları himayə edənlərə idi. Bəli, dövlətimizin başçısı yenə də əsas tutduğu hücum diplomatiyası ilə Ermənistana və lazımi dairələrə, lazımi mesajları ötürdü. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan öz ərazi bütövlüyünü özü təmin edən, regionda yeni reallıq yaradaraq hər kəsi bununla razılaşmağa, barışmağa və hesablaşmağa məcbur edən ölkədir. Prezident İlham Əliyev “İsgəndər-M” raketləri bağlı da yenə qətiyyət nümayiş etdirdi. Bu isə bir daha göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə heç bir halda prinsiplərindən dönmür. Tarixə diqqət çəkən Azərbaycan Prezidenti bir daha xatırlatdı ki, Ermənistan kimlərin əli ilə, kimin tarixi torpaqlarında, hansı məqsədlə yaradıldığını unutmasın. Bunların hamısı tarixi həqiqətlərdir. Bunun üçün isə XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir.

Politoloq diqqətə çatdırıb ki, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri haqqında da məlumat verən dövlətimizin başçısı Azərbaycanın Qarabağda əsas infrastruktur layihələrinin üç il müddətində başa çatdırmasını hədəflədiyini, işğaldan azad edilmiş ərazilərin əsasən ölkə iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, o cümlədən nəqliyyat sektorunda vacib yerlərdən birini tutacağını qeyd etdi. Türkiyə, İtaliya, Böyük Britaniya kimi ölkələrin bu işlərdə yer alması bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda əməkdaşlıq yaradaraq, daha bir beynəlxalq uğura imza atdı.

Qazandığımız Qələbənin böyüklüyünü dünyanın nüfuzlu insanları da olduqca konkret şəkildə ifadə edirlər. Belə ki, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin fikirləri bu baxımdan olduqca düzgün və aydındır: “Azərbaycanın böyük güclər arasında real və ya təsəvvürdə olan geosiyasi oyunların obyekti olmadığı, tam əksinə, öz hüququ olan bir güc olduğu sübuta yetirilib”.

 
  • Oxunub:  3600  |  
  • Tarix:  14-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA